1980-ci il Olimpiadasında nələr qadağan edilmişdi? - FOTO

1980-ci ildə keçirilmiş XXII Yay Olimpiya Oyunlarını yəqin ki yaşlı nəsil xatırlayır. Sosialist ölkəsində ilk olan tədbir 19 iyul – 3 avqust tarixlərində baş tutmuşdu. Həmin dövrdə Sovet İttifaqına yüz mindən çox əcnəbi gəlmişdi.
Azərbaycanda da COP29 sammitinin keçirilməsinə sayılı həftələr qalıb. Vaxt daraldıqca tədbir zamanı tətbiq ediləcək məhdudiyyətlərlə bağlı söz-söhbətlər də artır. Biz isə belə bir anda bir qədər tarixə səyahət etmək qərarına gəldik. 1980-ci ildə Olimpiada vaxtı nələr qadağan edilmişdi?
Avtosfer.az xəbər verir ki, oyunlar bir neçə şəhərdə keçirilsə də, əsas yük Moskvanın üzərində idi. Təhlükəsizliyin təmin edilməsi üçün KQB və milisin on minlərlə əməkdaşı səfərbər olmuşdu. Azərbaycan SSR də daxil olmaqla bütün respublikalardan KQB və milis əməkdaşları Moskvaya kömək üçün ezam olunmuşdular.
Oyuna bir neçə həftə qalmış paytaxt demək olar boşaldılmışdı. İyundan etibarən Moskvaya bütün ezamiyyətlər dayandırılmış, pasport rejimi tətbiq edilmişdi. Moskva qeydiyyatı olmayanlar şəhərə girə bilməzdi. Bundan başqa, ruhi xəstələr, siyasi cəhətdən təhlükəli şəxslər də şəhərdən kənarlaşdırılmışdı. Daxili işlər naziri Nikolay Şelokov “qanuni oğru”ları kabinetinə çağıraraq onlara özlərini “ağıllı” aparmağı tapşırmışdı. Əldə olunan razılıq nəticəsini verdi və Olimpiya vaxtı ağır cinayət qeydə alınmadı. Bundan başqa, paytaxt sakinləri inşaat dəstələrinə, kolxozlara məhsul toplamağa, uşaqlar isə “qardaş respublikalardakı” pioner düşərgələrinə göndərildi. Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirildi.
Təbii ki, tədbir zamanı avtomobillər və ictimai nəqliyyat da yaddan çıxmadı. Oyunlara hələ bir neçə ay qalmış KQB fırıldaqçı taksi sürücülərinə qarşı reyd keçirərək 60 nəfəri həbs etdi. Əcnəbilərə qarşı quldurluq və dələduzluq edən çox sayda şəxs dəmir barmaqlıqlar arxasına göndərildi.
3 ay ərzində Moskva aeroportundan tranzit uçuşlar üçün istifadə edilməsi dayandırıldı, qatarların Moskva vağzallarında dayanması məhdudlaşdırıldı.
Şəhərdə istismar olunan çox köhnə avtobuslar xətlər çıxarıldı. 50-60-cı illərdə istehsal edilmiş QAZ-51, Pobeda və QAZ-21-lərin şəhərə çıxması qadağan edildi. Eyni aqibəti Zaporojest və Moskviçin köhnə modelləri də yaşadı.
Ən çətin iş isə Moskva Metropoliteninin üzərinə düşdü. Bu məqsədlə hazırlıq işləri 3 il çəkdi. Yüzədək stansiyada yollar və fasad bərpa edildi, 200 vaqon yeniləndi. Köhnə vaqonlar digər metropolitenlərə hədiyyə edildi.
Olimpiyada xidmət üçün çox sayda Mercedes də alınmışdı. Olimpiya başa çatan kimi nazirliklər bu maşınların bölüşdürülməsi üçün bir-biriləri ilə sözün həqiqi mənasında davaya çıxdılar.
Bəli, o dövrün məhdudiyyətləini nəzərə alsaq, COP29 vaxtı tətbiq ediləcək məhdudiyyətlərin çox ağır olmayacağı qənaətinə gəlmək olar. Lakin istənilən böyük tədbir zamanı keçirildiyi ölkədən və vaxtdan asılı olmayaraq məhdudiyyətlər labüddür. Misal üçün, 1943-cü ildə Tehran konfransı zamanda şəhərdə rabitə də söndürülmüşdü.
Vüqar Yaşaroğlu
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi


















