2023-cü ildə səyahət üçün ən yaxşı pasport seçilib – AZƏRBAYCAN NEÇƏNCİDİR?

Yaponiya pasportu 2023-cü ildə ən yaxşı pasport olub. Bu sənəd dünyanın 193 ölkəsində vizasız girişi təmin edir. Qeyd edək ki, Yaponiya pasportunun mobillik reytinqi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəsmi məlumatları əsasında “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti tərəfindən tərtib edilib.
Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, reytinqdə ikinci yeri Sinqapur və Cənubi Koreya bölüşür: bu dövlətlərin vətəndaşları 192 ölkəyə vizasız səyahət edə bilərlər. Üçüncü yeri dünyanın 190 ölkəsinə vizasız girişi olan Almaniya və İspaniya tutub.
İlk 10-luğa həmçinin Finlandiya, İtaliya və Lüksemburq (189 ölkə), Avstriya, Danimarka, Hollandiya və İsveç (188 ölkə), Fransa, İrlandiya, Böyük Britaniya və Portuqaliya (187 ölkə), Belçika, Çexiya, Norveç, Yeni Zelandiya, İsveçrə, ABŞ (186 ölkə), Avstraliya, Kanada, Yunanıstan və Malta (185 ölkə), Macarıstan və Polşa (184 ölkə), Litva və Slovakiya (183 ölkə) daxil olub.
Bildirək ki, Suriya, İraq və Əfqanıstan pasportları mobillik meyarı üzrə sonuncu sıralardadır.
Keçmiş sovet ölkələri sırasında Azərbaycan 76-cı sıradadır. Belə ki, Azərbaycan pasportu ilə dünyanın 70 ölkəsinə vizasız giriş mümkündür. Rusiya 49-cu (118 ölkə) reytinqdə Qazaxıstan 70-ci (76 ölkə), Ermənistan 79-cu (66 ölkə), Gürcüstan isə 50-ci (116 ölkə) yerdədir.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










