2023-cü ilin ən bahalı fəlakətlərinin SİYAHISI

Alimlər xəbərdarlıq ediblər ki, bəşəriyyət tezliklə iqlim böhranı ilə üzləşəcək və görünür, 2023-cü il onun “ilk əlaməti” idi.
Tədqiqatçılar əmindirlər ki, bu, tarixdə ən isti olacaq. Bundan əlavə, dünyanı güclü isti dalğaları vurub, ardınca quraqlıqlar, daşqınlar, irimiqyaslı meşə yanğınları və qasırğalar baş verib.
Başa çatan ilin nəticələrinə yekun vuran elm adamları yeni hesabatda 2023-cü ilin ən maliyyə bahasına başa gələn 20 iqlim fəlakətini açıqlayıblar və onlar bütün altı qitəni əhatə edib.
Havay ABŞ (avqust) - meşə yanğını, adambaşına 4161 dollar;
Quam (may) - fırtına, adambaşına 1455 dollar;
Vanuatu (mart) - fırtına, adambaşına 947 dollar;
Yeni Zelandiya (fevral) - fırtına, adambaşına 468 dollar;
Yeni Zelandiya (yanvar) - daşqın, adambaşına $371;
İtaliya (may) - daşqın, adambaşına 164 dollar;
Liviya (sentyabr) - daşqın, adambaşına 105 dollar;
Peru (aprel) - daşqın, adambaşına 66 dollar;
İspaniya (aprel) - quraqlıq, adambaşına 50 dollar;
Myanma (may) - fırtına, adambaşına 41 dollar;
Çili (iyun) - daşqın, adambaşına 39 dollar;
Haiti (iyun) - daşqın, adambaşına 36 dollar;
Meksika (oktyabr) - fırtına, adambaşına 35 dollar;
Çili (fevral) - meşə yanğını, adambaşına 30 dollar;
ABŞ (iyun) - fırtına, adambaşına 25 dollar;
Çin (avqust) - daşqın, adambaşına 23 dollar;
Peru (mart) - fırtına, adambaşına 20 dollar;
Malavi (mart) - fırtına, adambaşına 17 dollar;
ABŞ (mart) - fırtına, adambaşına 16 dollar;
Peru (yanvar) - daşqın, adambaşına 9 dollar. (lent.az)
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










