21 milyon şəxsə KİBER HÜCUM: Trampın və Klintonun məlumatları satışa çıxarıldı

ABŞ-da, xüsusilə Atlanta və Vaşinqtonda "ParkMobile" adlı bir tətbiq istifadə olunur. Tətbiqdə açıq park yerləri göstərilir və istifadəçilər "ParkMobile" vasitəsilə ödəniş edə bilərlər.
Publika.az xəbər verir ki, bu ilin martın 26-da "ParkMobile" təhlükəsizlik məsələlərində olan boşluqlar səbəbiylə hücuma məruz qaldığını elan edib.
Tətbiq səlahiyyətliləri baş verənlərə vaxtında müdaxilə etdiklərini və hakerlərin kredit kartı məlumatları, sosial təhlükəsizlik nömrələri, yer və s. həssas məlumatları əldə edə bilmədiklərini söyləyiblər.
Bununla yanaşı, təhlükəsizlik mütəxəssisləri tərəfindən yayımlanan yeni bir hesabatda kiber cinayətkarların "ParkMobile"ın məlumat bazasını satışa qoyduğu ortaya çıxıb. Satışa təqdim olunan məlumatlar istifadəçilərin qeydiyyatdan keçmiş elektron poçt ünvanlarını, telefon nömrələrini və kripto şifrələrini əhatə edir.
Bilgilər üçün 125 min dollar tələb olunur. Məlumata görə, sözügedən verilənlər bazasına aid olduğu iddia edilən 21 milyon şəxsə aid nümunələrdə Donald Tramp, Hillari Klinton və kiber təhlükəsizliklə bağlı xəbərlər hazırlayan Brian Krebs kimi vacib adların məlumatları yer alır.
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA










