28 ilin Xocalı torpağı, Xocalı suyu - FOTO - VİDEO

Məmmədovlarla gələn bu torpaq, bu su Xocalının Başkənd kəndindəndir.
Xocalıdan Gəncəyə gətirilən torpaq və su...
Avtosfer.az bildirir ki, ARB Xəbər sözügedən torpaq və su ilə yaşayan Xocalının Başkənd sakinləri olan Məmmədovlarla bağlı maraqlı sujet hazırlayıb.
Məmmədov Məmməd - Xocalı sakini: "Bizim Kəndimizin müqəddəs torpağıdır. Bu da kəndimizdəki bulağın suyudur.1992-ci ilin may ayının saat 11-dən 12-ə keçən gecə götürmüşəm bu suyu. Eyni vaxtda da torpağı götürmüşəm. 28 il, 5 ay, 10 gündür bu su öz kefiyyətini itirməyib".
Ailənin başçısı deyir ki, köçkünlük dövrlərində dünyasını dəyişən köçkünlük dövründə dünyasını dəyişən yaxınlarımızın məzarlarına bu torpaq və bu sudan tökməklə onların sanki doğma kəndimizdə dəfn edirmiş kimi təsəlli tapmışıq.
Məmmədov Məmməd - Xocalı sakini: "Tez-tez anamın qəbri üstünə getdikcə bu sudan onun qəbrinə damladıram. Belə-belə sular azaldı. Həsrət çəkib, ürəyimiz yananda az-az içmişik".
Ömrünün 60 ilini geridə qoymuş Qarabağ qazisini uşaq kimi o torpaqla oyanayan gördük. Deyir tək təsəlli yerim olan bu vətən yadigarlarına toxunanda uşaqlığımı, gəncliyimi, kəndimi xatırlayıram.
Elza Həsənova - Xocalı sakini: "Hər zaman bir arzumuz olub. Bu torpaq o torpağına yenidən qovuşsun. Su da öz axarını yenidən tapsın. İnşallah o günlər yaxındadır".
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










