30 ildən sonra özlərinə maşın alan cütlük ŞOK yaşadı - VİDEO

Türkiyədə hər kəsi heyrətləndirən hadisə baş verib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Sezgin və Zemzem Özata cütlüyünün başına gəlib. Belə ki, 30 il ərzində avtomobil eşqi ilə pul toplayan cütlük fırıldaqçılarla rastlaşıb. Bəyəndikləri maşını seçəndən sonra ekspertizaya göstərən Özatalar topladıqları 70 min lirəni ödəyərək xəyallarına qovuşublar. Avtomobili bir müddət idarə etdikdən sonra yüngül yol-nəqliyyat hadisəsi zamanı fırıldaqçılıq faktının üstü açılıb. Cütlüyün sözlərinə görə, getdikləri ustada şok yaşayıblar.
Sən demə, aldıqları avtomobilin arxası və üstü 2009, önü 2007, kapot hissəsi isə 2008-ci il modelindən yığılıb. Bu azmış kimi, qalan bütün detallar və hissələr də sıradan çıxmış və dəyişilmiş vəziyyətdə olub. Nəqliyyat vasitəsinin tək sağlam yeri 4 qapısıdır. İnsanlıqdan çıxmış fırıldaqçının “mən maşını bu vəziyyətdə sizə necə satmışamsa, siz də başqasına o cür satın” sözləri cütlüyü daha da sarsıdaraq, ömür boyu bu xəyalla yaşadıqlarına peşman edib.
Sözügedən videonu təqdim edirik:
Nərminə Əli
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA










