50 kq arıqlayana "Porsche" veriləcək - İdman zalından qəribə təklif

Çinin Şandun əyalətinin Binzhou şəhərindəki bir idman mərkəzi sosial mediada elan etdiyi "həddindən artıq arıqlama yarışması" ilə gündəmə gəlib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, elanda üç ay ərzində 50 kiloqram arıqlamağı bacaran hər kəsə mükafat olaraq "Porsche Panamera" veriləcəyi bildirilib.
İdman zalı yarışın real olduğunu təsdiqləyib. Coach Wang adlı təlimçi Çin mediasına "Yarış başlayıb və indiyə qədər yeddi və ya səkkiz nəfər qeydiyyatdan keçib. Biz onu 30 nəfərlə məhdudlaşdırdıq. Kvota dolduqdan sonra qeydiyyat bağlanacaq" deyib.
Bu, çinli həkimlərin narahatlığına səbəb olub. Tanınmış tibb xadimi Dr. Zenq Weibo bildirib ki, "Gündə yarım kilo arıqlamaq çox sürətlidir. Bu templə siz yağ yox, əzələ itirirsiniz. Qadınlarda hormonal balanssızlıq, saç tökülməsi, menstruasiyanın kəsilməsi kimi ciddi sağlamlıq problemləri yarana bilər. Təhlükəsiz arıqlamaq həftədə 0,5 kilodur".
Başqa bir mütəxəssis, Şaansi Əyalət Xalq Xəstəxanasından Dr. Pu Yansonq sürətli arıqlamanın orqanlara həddindən artıq yük gətirdiyini və bəzi hallarda ölümcül ola biləcəyini qeyd edib.
"Sağlam arıqlama prosesi beyin, əzələ və orqanların yeni enerji balansına uyğunlaşması üçün kifayət qədər yavaş olmalıdır", - o, ifadə edib.
Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA
Ana-bacı söyüşü söyənləri heç bir məsuliyyət gözləmir: Hakimdən ŞOK QƏRAR - FOTO
Sürətli şarj məntəqələri avtomobilin ömrünü necə qısaldır? - ARAŞDIRMA
Düzgün layihələndirilməyən şəhərlər insanları piyləndirir? - ARAŞDIRMA
Sürücüsüz avtomobillər bu ildən Avropaya gəlir – Hansı qaydalar dəyişdiriləcək? - ARAŞDIRMA
Keçən il “Bolt”un çatdırdığı ən bahalı sifariş 647 avroluq ətir olub – AÇIQLAMA - VİDEO
Təyyarə istehsalçısından rekord nəticə
“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem
Həmin körpə Van Dammın azərbaycanlı nəvəsi deyilmiş... - FOTO
Balacaboy sürücülər kəmər taxmaya bilər - Sovetdən qalma qaydalar dəyişdi
Sürücülərin qışda ən çox təkrarladığı səhv; maşını ağacların, binaların altında saxlamayın - TÖVSİYƏ











