70-ci ilin Nissanı İranda belə “modernləşdirildi” - FOTO

İranın məşhur Zamyad Z24 pikapının sükanı sağda olan variantı hazırlanıb.
Avtosfer.az xəbər verir ki, avtomobildə yüngül dəyişikliklər edilib. Məsələn, taxometr və spidometr elektronlaşdırılıb ki, bunu da ciddi sıçrayış hesab etmək olmaz. Sükanın yerini dəyişməklə iranlı istehsalçı avtomobili soltərəfli hərəkət olan Afrika ölkələrinə atmaq istəyir. Ölkə daxilində satış üçün istehsal yaxın vaxtlarda qadağan ediləcək. Səbəb maşının ekoloji və təhlükəsizlik sertifikasiyasından keçməməsidir.
Qeyd edək ki, 1970-ci ilin Nissan Junior 140 bazasında hazırlanan Zamyad İranda Şahənşahın dövründən heç bir ciddi dəyişikliyə məruz qalmadan istehsal edilir və kifayət qədər populyardır. İxrac ediləcək avtomobillər Mitsubishi şirkətinin 80-ci illərdə istehsal etdiyi mühərrikin yerli variantı olan Mega Motor N25-lə təchiz ediləcək.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI












