80 milyonluq yaxtasını satır

Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ 80 milyon TL (təxminən 3 milyon manat) dəyərində olan lüks yaxtasını satışa çıxarıb. “Mazu 52 HTS” model xüsusi hazırlanmış yaxtanın satış qərarı diqqət çəkib.
Avtosfer.az “Akşam” qəzetinə istinadən xəbər verir ki, satışın arxasında maddi səbəblər deyil, emosional və şəxsi bir hadisə dayanır.
Bildirilir ki, aktyor yaxın dostu Halit Yukayın bir neçə ay əvvəl baş verən dəniz qəzasında həyatını itirməsindən sonra ciddi sarsıntı keçirib.
Tatlıtuğun sözügedən yaxtanı məhz həmin dostundan aldığı və uzun müddət dənizdə istirahətini bu vasitə ilə etdiyi qeyd olunur. Lakin dostunun faciəvi ölümü aktyorun dəniz və yaxta ilə bağlı hisslərinə ciddi təsir göstərib.
Mənbələrin iddiasına görə, Tatlıtuğ yaxtadan istifadə etdikcə həm dostu ilə bağlı xatirələr, həm də yaşadığı kədərli hadisə onun üçün daha ağır psixoloji yükə çevrilib. Bu səbəbdən aktyorun artıq həmin yaxtada vaxt keçirmək istəmədiyi və onu satmaq qərarına gəldiyi bildirilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












