Abırsızların “üsyanı” - Metrodakı “şort” savaşı

Maraqlı 28 İyun 2018 23:19 Oxunub 1982
Abırsızların “üsyanı” - Metrodakı “şort” savaşı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hansı model əsasdır? Hansı haqq, hansı səhvdir?

Metrodakı "şort" savaşının "xəmiri" gözləniləndən də çox su apardı. Artıq neçə müddətdir ki, müzakirələr və mübahisələr səngimək bilmir. Necə deyərlər, bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də cəmiyyət iki düşərgəyə bölündü. Hər tərəfin də öz arqumentləri var.

 

Əlbəttə ki, vəhdət gözəl haldır. Hər bir millətə, dövlətə, cəmiyyətə gərəklidir. Ancaq bir qədər düşünsək görərik ki, əslində həmrəylik və yekdillik heç bir zaman təbliğ olunan, mütləq, utopik formada olmayıb. Əgər yer üzündə insanlar barmaq sayı qədər olduqları (Həzrət Adəmlə Həvva anamızın dövründən gedir söhbət) zaman vəhdət və yekdillik olmayıbsa, əgər bir qardaş digərini qətlə yetiribsə, o zaman indi hansı birlikdən danışmaq mümkündür? Cəmiyyətdə fərqli düşüncələr hər zaman olub, var və olacaq. Bunu bir reallıq kimi qəbul etməliyik. Və yuxarıda qeyd etdiyimiz hadisə przimasından məsələyə nəzər salsaq deyə bilərik ki, insanların mənəvi dəyərləri fərqli olduğu üçün, problemlərə yanaşmaları da fərqli olur.

 

Avtosfer.Az islam.az-a istinadən bildirir ki, bəs indi necə olsun? Hansı model əsasdır? Hansı haqq, hansı səhvdir?

 

Əvvəla sözügedən mövzu ətrafında sosial şəbəkələrdə gedən qızğın müzakirələr zamanı "şort" tərəfdarlarının ortaya qoyduqları bəzi məqamlara nəzər salaq. Bəziləri iddia edirlər ki, guya "köklü bakılılar" müasirliyin tərəfdarları olaraq qadınların şort geyinməyini dəstəkləyir, bunun əksini düşünənlər isə - rayon adamlarıdırlar. Əlbəttə ki, çox səhv, hətta axmaq bir yanaşmadır. Həm cəmiyyəti "bakılı" və "qeyri-bakılı"ya bölmək, həm də bu kateqoriyaya aid etdikləri insanlara nisbət verdikləri mövqe baxımından. Ən azından yaddan çıxarmaq lazım deyil ki, Bakının bəzi kəndlərində "şort" geyinən qıza nəinki pis baxırlar, onu hətta linç də edə bilərlər.

 

İkincisi. Şort tərəfdarları etik ifadələr aramaqla özlərini yormayaraq əks tərəfə verdikləri və verməyə hazırlaşdıqları dərslərdən danışırlar. Məsələn, hansısa TV aparıcısı və ya müğənni açıq-saçıq fotolarını geniş publikaya təqdim edərək öz aləmində mübarizə aparır. Digəri ictimai nəqliyyatda şortlu aksiya keçirmək çağırışı ilə qızlara müraciət edir və geniş dəstək alır. Və s. və s... Bu barədə nə demək olar?

 

El arasında "utanmayandan sonra oynamağa nə var" məsələsi yada düşür. İnsanda həya, abır, ismət yoxdursa, burda ətrafdakılar acizdirlər. Quyuya su tökməklə quyu sulu olmaz. Adam zərrə qədər bədəninin ümumi baxışa çıxarılmasından narahat olmur. Bunun atası, qardaşı, həyat yoldaşı da eyni əqidəni bölüşür. Bacısının, arvadının, qızının bədəninin şəhərin əksər kişilərinin  nəzərlərinə "yem olması" vecinə də deyil. Bu qədər sadə. Belələri də kifayət qədərdir. Yəni real cəmiyyətimiz bu gündədir. Niyə belə oldu və belə olmağımıza gətirib çıxaran start nöqtəsi harada idi - bu başqa bir mövzudur. Ancaq bu gün cəmiyyətimizdə yüksək mənəviyyatlı insanlarla yanaşı pozğun, əqidəsiz, mənəviyyatsız, abırsız, həyasız alçaqlar da mövcuddur. Onların bu abırsızlıqlarından usanacaqlarını, əl götürəcəklərini ehtimal etmək sadəlövlükdür. Davam edəcəklər, daha kəskin, daha abırsızcasına. Çünki mənəvi "stop"ları yoxdur, qətiyyən. Odur ki, cəmiyyətin sağlam hissəsi isə bacardığı qədər buna qarşı dayanıqlı olmalıdır. Düzdür, qüvvələr qeyri-bərabərdir. Onların xidmətində TV, İnternet, iaşə obyektləri və s. var. Amma bir şey sevindirir: Allaha şükür ki, hələ abırlılar abırsızlardan həm kəmiyyətcə, həm də keyfiyyətcə üstündürlər. Hələ ki...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh