ABŞ-ın 100 yaşlı sakini dünyanın ən qoca ağır atleti olub - VİDEO - FOTO

ABŞ-ın Florida ştatının sakini, 100 yaşlı Edit Murvey-Treyn dünyada ən qoca ağır atlet kimi yeni rekorda imza atıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ginnesin “Rekordlar” kitabının təşkilatçıları bildiriblər.
Qeyd edilir ki, o, ştanq qaldırmağa cəmi 9 il əvvəl başlayıb.
Təqaüdçü qadın 18-68 kiloqramlıq ştanqları qaldıraraq, pauerliftinq üzrə yarışlarda çıxış edir.
"Düşünürdük ki, o, ola bilsin, ən yaşlı idmançılardan biridir, ancaq bizə Murvey-Treynin rekorda imza atdığını deyəndə şoka düşdük. Ailəmiz anamızın rekorda imza atması və Ginnesin “Rekordlar” kitabının ona bu şərəfi bəxş etməsi ilə fəxr edir", - deyə ağır atletin qızı Xanna deyib.
Edit keçmişdə yerli mərkəzdə rəqslər üzrə müəllimə işləyib.
Yüz yaşlı qadın təkcə ana və nənə deyil, onun nəticələri və kötücələri də var.
Hərçənd qadın pandemiyaya görə müvəqqəti olaraq məşqləri dayandırmalı olub, lakin o, tezliklə yarışlarda yenidən iştirak etmək üçün idman zalına və məşqçisi ilə təlimlərə qayıdışını xüsusi səbirsizliklə gözləyir. 2019-cu ildə son yarışı zamanı Edit 98 yaş 94 günlük idi.




Elektrikomobillərin batareya dözümlülüyü yoxlanan 8 min testin nəticələri AÇIQLANDI - FOTO
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO








