ABŞ kəşfiyyatı “uçan boşqab”lar barədə hesabatı yayımladı: Bizə təhdiddir - VİDEO

Uçan Naməlum Obyektlər (UNO) ABŞ-ın milli təhlükəsizliyi üçün problemlər yarada bilər.
Lenta.ru-nun məlumatına görə, bu barədə ABŞ milli kəşfiyyatının hesabatında bildirilib.
Sənəddə deyilir ki, UNO-lar təhlükəsiz uçuşlar sahəsində problemlər yaradır. Əsas narahatlıqlar pilotların getdikcə yüklənən hava məkanında hərəkəti ilə bağlıdır.
Bundan başqa, naməlum hava təzahürlərinin xarici düşmənlərin informasiya toplama platformasını özündə ehtiva etdiyi vurğulanıb.
Sənəddə düşmənin “dağıdıcı və ya inqilabi bir texnologiya” inkişaf etdirdiyini göstərən mümkün dəlillərdən narahatlıqlar da qeyd edilib.
Hesabatda ümumilikdə UNO-ların görüldüyü iddia edilən və izahı olmayan 144 hadisə qeyd edilib. Kəşfiyyat müşahidə olunan bəzi cisimlərin aerodinamik qanunlara zidd olaraq hərəkət etdiyini vurğulayıb.
Pentaqon Milli Kəşfiyyat Direktoru Ofisi ilə birgə analiz aparıb və UNO-ların ehtimal olunan dünyəvi düşmənlərin qabaqcıl texnologiyaları olduğuna dair heç bir dəlil tapmayıb. Bununla belə, bu cür bir variant da istisna edilməyib.
Qeyd edək ki, UNO-lar barədə sözügedən hesabat ABŞ kəşfiyyatı tərəfindən yarım əsrdə ilk dəfə olaraq yayımlanıb.
///oxu.az
Motosikletçilər üçün hava yastığı
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO










