ABŞ səmasında daha bir müəmmalı obyekt - VİDEO

Bir neçə gün öncə Alyaska səmalarında görünən qeyri-adi görünüşlü parıltının sirri nəhayət ki, açılıb. Məlum olub ki, bu, çoxlarının ehtimal etdiyi kimi yadplanetlilərlə bağlı deyilmiş.
Qeyd edək ki, mavi-yaşıl spiralın görüntüsü məşhur fotoqraf Tod Salatın obyektivindən də yayınmamışdı. Onun sözlərinə görə, həmin vaxt o, səmada qütb parıltısını çəkirdi. Bir anda başının üzərində qəribə spiralvali obyekt yaranıb. Todd Salatın sözlərinə görə ilk dəfə belə qeyri-adi və qorxulu obyekt görüb.
“Fikirləşdim ki, bu nə müəmmadır... Amma şəkil çəkməyə davam etdim. Zaman keçdikcə, getdikcə spiral daha çox görünürdü”, - deyə fotoqraf bildirib.
Tod Salatın sözlərinə görə, getdikcə böyüyən obyekt bir neçə dəqiqə ərzində başının üstünü əhatə edib.
Vəziyyətə Alyaska Feyrbenks Universitetinin geofizika üzrə dosenti, kosmik fizik Don Hempton aydınlıq gətirib. Onun sözlərinə görə, müəmmalı spiralın yadplanetlilərlərlə deyil “Space X”lə əlaqəsi var. Belə ki, görüntüdən bir neçə saat əvvəl Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından “Falcon 9” raketi ilə 51 peyk buraxılıb.
Hempton bildirib ki, bəzən raketlər buraxılarkən artıq yanacaq problemi yaranır, sonra isə artıq yanacaq boşaldılmalı olur. Onlar da atmosferdə yanaraq qeyri-adi izlər buraxırlar. Yanacaq emissiyalarında donmuş su buxarı günəş işığı altında mavi-ağ olur. Bu, spirala daha da qeyri-adi və hətta yadplanetli görünüş verir.
Xatırladaq ki, fevral ayında ABŞ üzərində səmada uçan naməlum obyekt qeydə alınmışdı. Sonradan bunun Çinə məxsus aerostat olduğu öyrənildi.
oxu.az
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO











