Adambaşına düşən avtomobil sayına görə regionda son sıralardayıq - SİYAHI

Adambaşına düşən avtomobil sayına görə regionda son sıralardayıq. Ötən ilin əvvəlinə olan sonuncu rəsmi məlumata görə, Azərbaycanda 1 milyon 738 min 940 avtomobil dövlət qeydiyyatında olub.
Avtosfer.az xəbər verir ki, qeyd olunan dövrdə Azərbaycan əhalisinin sayı 10 milyon 127,1 min nəfər olub və nəticədə hər 1000 nəfərə düşən avtomobil sayı 172 ədəd olub.
Qeyd edək ki, məşhur “World Population Review” təşkilatının məlumatına əsasən, hər 1 000 nəfərə düşən avtomobil sayına görə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında son sıralarda yer alır.
Keçmiş SSRİ və region ölkələri arasında hər 1 000 nəfərə düşən avtomobil sayı aşağıdakı kimi olub:
Estoniya – 740;
Litva – 643 ədəd;
Latviya – 463 ədəd;
Gürcüstan – 418 ədəd;
Rusiya – 361 ədəd;
Belarus – 343 ədəd;
Moldova – 323 ədəd;
Türkiyə – 285 ədəd;
Ukrayna – 280 ədəd;
Qazaxıstan – 230 ədəd;
Qırğızıstan – 201 ədəd;
İran – 183 ədəd;
Ermənistan – 177 ədəd;
Azərbaycan – 172 ədəd;
Türkmənistan – 102 ədəd;
Özbəkistan – 87 ədəd;
Tacikistan – 51 ədəd.
Onu da qeyd edək ki, dünyada hər 1 000 nəfərə düşən avtomobil sayına görə ilk sırada San Marino yer alıb. Bu ölkədə hər 1 000 nəfərə düşən avtomobil sayı 1 606 ədəd olub. Hər 1 000 nəfərə düşən avtomobil sayına görə son sırada Şimali Koreya qərarlaşıb. Bu ölkədə hər 1 000 nəfərə cəmi 1 ədəd avtomobil düşür.(yeni.avaz)
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur











