Ağdaşda müəmmalı vəziyyət - Hamı təəccüb içində

Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı yaranmış müəmmalı vəziyyət hələ də davam edir. Ağdaş rayon icra başçısının müavini Qalib Həsənov Trend-ə bildirib ki, polis əməkdaşları, icra və bələdiyyə nümayəndələri bu məsələ ilə məşğuldur: “Kəndin giriş-çıxışında polis postları qurulub. Gecələr 70-ə qədər polis növbədə dayanır, o cümlədən bələdiyyə nümayəndələri, İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub. Ancaq heç nə görməyiblər. Hamı məhəttəl qalıb. Gecə kiminsə gözünə nəsə görünüb. Amma tuta bilən olmayıb. Guya kiminsə məhləsinə girib, amma bir adam da demir ki, mənim məhləmdən nəsə aparıb. Belə bir müəmalı vəziyyət yaranıb, ortada da isə real heç nə yoxdur”.
Qeyd edək ki, Ağdaşın Qoşaqovaq kəndində 2 metir uzunluğunda ağ geyimli naməlum məxluqların gecə saatlarında sakinlərin həyətlərinə girməsi, evləri daşa basması, insanları qorxuya salması kimi iddialar səsləndirilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












