Alimlər kosmik məkanın anomaliyalarını izah etdilər

Gürcüstanlı alimlər kosmik şüalarda aşkarlanan anomaliyaları məkanın diskret olması və minimal plank uzunluqlu kvan oyuqlarından ibarət olması ilə izah edib. Bu, kosmik radiasiyanın yayılmasına səbəb olan topoloji defektlərin meydana gəlməsinə təsir edə bilər.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, gürcüstanlı fiziklərin elmi araşdırması Arxiv.org nəşrində dərc olunub. Təxminən 20 il əvvəl alimlər Yerin atmosferində geniş atmosfer leysanlarını (GAL) - yəni ilkin kosmik şüaların toqquşmasından ortaya çıxan subatom zərrəciklərdən ibarət yağışları dərindən tədqiq edib.
Yüksək energetik zərrəciklər və ya atom nüvələri qaz atomları ilə toqquşduqda, kvark zərrəciklərdən ibarət olan çoxsaylı energetik adronlar meydana gəlir. Onlar ikinci dərəcəli kosmik şüaların təsiri ilə dərhal parçalanır.
Tədqiqatçılar GAL adronlarının əldə olunan eksperimental enerji asılılığını araşdırıb. Araşdırma zamanı elektronvoltların 10 15 –dən tutmuş 2 x 10 16 qədər olan diapazonda izahı olmayan dəyişkənlik müşahidə olunub. Alimlər anomaliyanın 30 elektronvolt zərrəcik kütləsindən ibarət ulduzlararası mühitlərin qarşılıqlı əlaqəsi zamanı nüvənin dağılması ilə əlaqələndirsə də, yeni işdə tədqiqatçılar anomaliyanın fərqli izahına varıb.
Sürətləndiricilərlə aparılan eksperimentlərdə 30 elektronvolt kütləli zərrəciklər aşkarlanmadığından, alimlər bunun mühitin özündə yer alan topoloji defektlərlə əlaqədar olduğu fikrinə gəlib. Məkan nəzəriyyəsinə əsasən, məkan diskretdir və plank miqyaslı (1,66 x 10 -33 sm) kvant oyuqlarından ibarətdir ki, bu da öz yerində onu deformasiyalara məruz qalmasını mümkün edir. Kvant obyektləri, məsələn subatom zərrəcikləri belə deformasiyalara məruz qaldıqda, fluktuasiya etməyə (qalxıb-enməyə başlayır). Beləcə kosmik radiasiyanın yayılması effekti meydana gəlir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












