Alkoqol və avtomobil: Bəzi sürücülər içsə belə normal maşın SÜRƏ BİLİR?

Avtomobilin kütləviləşdiyi 30-cu illərdən etibarən bir çox ölkədə sərxoş idarəetməyə görə cəzalara tətbiqinə başlandı. Cəzalar getdikcə sərtləşsə də hər il dünyada sərxoş sürücülərin ucbatından yüz minlərlə qəza baş verir.
Avtosfer.az xəbər verir ki, bir çox ölkədə və insanlarda alkoqolla bağlı miflər də yaranır. Sanki kimsə içəndə daha yaxşı sürür, yaxud az içir və s. əslində burada həqiqət payı yoxdur. Uzun sözün qısası, alkoqolla bağlı ən çox yayılan yalanlara diqqət edək.
Bəzi sürücülər içsələr belə normal maşın sürə bildiklərini iddia edirlər. Halbuki, tibb elmi tam əksini deyir. Qəza anında sürücünün tormoza basmaq üçün reaksiya müqddəti 0,5 saniyəni keçmir. Sərxoş sürücüdə isə bu göstərici 8 dəfəyədək arta bilir. Nəzərə alaq ki, sürətli yolda saniyələr də rol oynayır.
İkinci əfsanə isə içən şəxsin guya öz normasını bilməsidir. Halbuki, cəmi 50 qram araq insanın normal düşüncə tərzini pozur. 100 qramdan sonra isə sürücü hesab edir ki, sərxoş deyil və sükan arxasına keçə bilər.
Üçüncü əfsanə isə az miqdarda alkoqolun faydalı olmasıdır. Bu nağıla neçə neçə nəsil insan inansa da, təcrübədə sübut olunmayıb.
Vüqar
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
Nefti ABŞ-dən əvvəl Azərbaycan bu üsulla çıxarıb – Ekspert faktları AÇIQLADI - FOTO
Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA
Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ
Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ










