Amerika avtomobilləri Çin maşınlarından ucuz olacaq - ŞOK ENDİRİM

2018-ci ildən bəri bəzi ABŞ mənşəli məhsullara tətbiq edilən əlavə gömrük rüsumlarının ləğv edilməsi bazarların diqqətini cəlb edib. Həmin ildə qarşılıqlı şəkildə tətbiq olunan əlavə rüsumların aradan qaldırılması, avtomobil, kosmetika, məişət texnikası və tekstil kimi müxtəlif sektorlarda istehlakçılar üçün qiymət üstünlükləri yaradacağı gözlənilir.
Avtosfer.az xəbər verir ki, ABŞ mənşəli 22 məhsul qrupuna tətbiq edilən əlavə gömrük vergiləri ləğv olunub. Bu qərarla, ABŞ-dan idxal olunan bir çox məhsula əvvəllər tətbiq edilən 5%-dən 70%-ə qədər əlavə rüsumlar artıq qüvvədə olmayacaq.
Ən çox diqqət çəkən dəyişikliklərdən biri isə avtomobil sektorunda müşahidə olunur. Əvvəllər ABŞ istehsalı olan minik avtomobillərinə 60% əlavə gömrük rüsumu tətbiq edilirdisə, yeni qərarla bu rüsum tamamilə aradan qaldırılıb.
Beləliklə, Tesla, Jeep, Dodge, Chevrolet, Cadillac və Ford kimi ABŞ istehsalı olan modellərlə yanaşı, ABŞ-da istehsal edilən BMW X5, X6 və X7 modelləri də vergi güzəştlərindən yararlanacaq. Bu isə adıçəkilən markaların bazarda daha rəqabətli qiymətlərlə təklif olunmasına imkan yaradacaq.
Yaponiyadan gətirilən nəqliyyat vasitələrinə vergilərin azaldılması qiymətləri daha rəqabətli edəcək. Bu, Toyota, Honda və Suzuki kimi markaların bazarda daha üstün mövqe qazanmasına səbəb olacaq. Avropa mənşəli avtomobillər isə Gömrük İttifaqı çərçivəsində artıq aşağı vergilərlə idxal olunduğu üçün indiki strukturunu böyük ölçüdə saxlayacaq. Yəni Avropadan gətirilən nəqliyyat vasitələrinin qiymətində ciddi dəyişiklik olmayacaq. Bir sözlə, ABŞ-dan avtomobillərin ucuzlaşması, Çindən olanların daha baha olması, yaponların rəqabət üstünlüyü əldə etməsi və Avropanın indiki mövqeyini qoruması idxal avtomobil bazarında tarazlığı yenidən formalaşdıracaq.(yenisabah)
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları









