Aqrar Xidmətlər Agentliyindən kombayn idarə edən mexanizatorlara TÖVSİYƏ

Kombaynı kimlər idarə edə bilər?
Kənd təsərrüfatı texnikasının idarə edilməsi üçün ixtisaslaşmış sürücülər tələb olunur. Xüsusilə daha çox istifadə olunan kombaynı idarə etməyə və ona qulluq etməyə tibbi müayinədən keçmiş, kombaynı idarə etməyə vəsiqəsi olan, iş yerində təlimatlandırılmış, yaşı 18-dən az olmayan şəxslər buraxılırlar. Kombaynçının mümkün təhlükəli amillər haqqında məlumatı olmalı, yanğın təhlükəsizliyi qaydalarını bilməli və odsöndürənlərdən istifadə etməyi bacarmalıdır. Nasaz kombaynda işlərin aparılmasının yol verilməz olmasını, alət və qurğuların təyinatına görə istifadə olunmasının, nəzərdə tutulmuş fərdi mühafizə vasitələrindən istifadə edilməsinin vacibliyini bilməlidir.
Əsas təhlükəsizlikdir...
Kombaynçınını xüsusi geyim və xüsusi ayaqqabısı olur. Yəni adi geyim və ayaqqabılar ilə kombayn idarə etmək təhlükəlidir. Eyni zamanda hər bir kombaynçı idarə etməyə başlamazdan əvvəl kombaynı diqqətlə nəzərdən keçirməli, qığılcımsöndürənin, alətlərin və yanacaqdolduran avadanlığın, yanğınsöndürmə vasitələrinin sazlığını yoxlamalıdır. Nasazlıqlar olarsa kombaynı istismar etmək qadağandır. Kombaynın elektrik cihazları saz vəziyyətdə olmalı - mühərrikin starterin köməyi ilə işə salınmasını, işıqlandırma və elektrik nəzarət cihazlarının, siqnalizasiyanının müntəzəm işləməsini təmin etməli, naqillərdə və klemmalarda cərəyanın sızmasını istisna etməlidir.
Kombaynı necə idarə etməli?
Kombaynın komplektləşdirilməsi və sazlanması mexanikin iştirakı ilə aparılmalıdır. Qəzaya və ya hər hansı bədbəxt hadisəyə gətirib çıxara bilən nasazlıq aşkar olunduqda kombayn dərhal dayandırılmalıdır. Gecə vaxtı işləyən kombaynlar lazımi miqdarda işıqlandırıcı cihazlarla və etibarlı elektrik enerjisi mənbəyi ilə təmin olmalıdırlar. Gecə növbəsində nasaz işıqlandırıcı cihazlarla işləmək olmaz. Həmçinin kombaynın yanacaq - sürtgü materiallarla doldurulması və ona texniki xidmət sutkanın işıqlı vaxtı həyata keçirilməlidir. Kombaynı işə salmazdan əvvəl kombaynçı siqnal verməli, kombaynın ətrafında heç bir insanın olmamasına əmin olmalıdır.
Tarla şəraitində məhsulun yığılması zamanı kombaynın elektrik qaynağının tətbiq edilməsilə təmir olunması lazım gəldikdə, kombaynın bütün hissələri əvvəlcə yığılan məhsul qalıqlarından təmizlənməli və su ilə yuyulmalıdır. Tarlada işləyən zaman kiçik qanovlarda, çökək yerlərdə və digər hamar olmayan yerlərdə hərəkət etdikdə sürətlər qutusu vasitəsilə sürəti dəyişməməli, hərəkəti qaz pedalından istifadə etməklə tənzimləmək lazımdır.
Kombaynı harda saxlamaq lazımdır?
Kombaynı dayanacağa qoymalı, mühərriki söndürməli, onu toz-torpaq və çirkdən təmizləməli, sürətkeçirmə manivellasını (rıçaq) neytral vəziyyətdə qoymalı, yanacaq sisteminin siyirtmələrini (kran ) bağlamalıdır. Həmçinin elektrik naqillərinin kombaynın gövdəsi ilə qısa qapanmasının olmamasına əmin olmaq zəruridir.
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO










