“Araşdırma aparılmayan məhsul “ekoloji təmiz” sertifikatı almamalıdır” – EYYUB HÜSEYNOVDAN XƏBƏRDARLIQ

Eko-trendlər son dövrlərdə dünya miqyasında daha çox diqqət çəkməyə başlayıb. Ekoloji təmiz məhsullar və "eko" adı ilə satılan məhsullar, təbii ki, tələbatın artdığı bir dövrdə önə çıxır. Lakin bu məhsulların həqiqətən ekoloji olub-olmaması məsələsi suallar doğurur. Bir çox marka və şirkətlər məhsullarına "eko" və ya "ekoloji təmiz" kimi etiketlər əlavə edir, lakin bu, mütləq onların ətraf mühitə zərər vermədiyi anlamına gəlmir. Bəzi hallarda bu etiketlər yalnız marketinq məqsədilə istifadə olunur, məhsulların istehsalı və ya tərkibi isə ekoloji prinsiplərə uyğun olmur.
Bəs "eko" adı altında satılan bu məhsullar həqiqətən də ekoloji təmizdir, yoxsa sadəcə istehlakçını aldatmaq üçün bir vasitədir?
Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, 2019-cu ildə qəbul olunmuş ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunda qeyd olunur ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının üzərində xüsusi işarə olmalıdır:

“Bu qanun çox müsbət bir addımdır, çünki tərkibində genetik modifikasiya olunmuş elementlər və ya onun törəmələri olan məhsullar ekoloji təmiz kənd təsərrüfatı məhsulu sayılmır. Hökumət və biznes qurumları bu qanunun tətbiqini təmin etməliydi. Keçən illərdə qanunun ləğv edilməsi məsələsi gündəmə gəlmişdi və Azad İstehlakçılar Birliyi ilə bir neçə qeyri-hökumət təşkilatları, o cümlədən Gəncə Aqrobiznes Assosiasiyası bu məsələyə diqqət yetirərək qanunun ləğv olunmasının qarşısını aldılar. Dövlət orqanları və parlament bu məsələyə müsbət yanaşaraq, bizlərin sözünə qulaq asdılar. Beynəlxalq təcrübədə ən aşağı səviyyələrdə belə ətraf mühitə ziyan vuran fəaliyyətlər var. Lakin ölkəmizdə bu sahə daha da təkmilləşdirilməlidir. Hətta qanunun ləğv olunması məsələsi əvvəlki illərdə gündəmdə idi. Bu qanunun tətbiqini daha da yaxşılaşdırmaq üçün xüsusi laboratoriyalar yaradılmalıdır”.

Ekspert əlavə olaraq qeyd edib ki, ekoloji təmiz kənd təsərrüfatı yalnız təbii metodlarla əldə edilən məhsulları əhatə edir:
“Həmçinin, məhsulların üzərində ekoloji işarə qoyulması üçün müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmalıdır. Əgər müvafiq eksperimentlər keçirilməyibsə və nəticələr yoxdursa, ekoloji işarənin qoyulması aldatma kimi qiymətləndirilə bilər”.
Eltac Zülfüqaroğlu
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?








