Arnold Şvartseneqqerdən Tramp haqqında ŞOK sözlər - VİDEO

Kaliforniyanın keçmiş qubernatoru və əfsanəvi aktyor Arnold Şvartseneqqer yazdığı videomüraciətdə ABŞ-ın seçilmiş Prezidenti Co Baydenin inauqurasiyasından əvvəl baş verən hadisələrə münasibət bildirib, ölkənin hazırkı Prezidenti Donald Trampı tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, onun tvitterdə paylaşdığı videomüraciətini bir çox ABŞ KİV-i tirajlayıb.
“Kütlə Kapitolidə yalnız pəncərəni deyil, həm də ciddi qəbul etdiyimiz ideyanı sındırdı; Amerika demokratiyasının qərargahında yalnız qapıları qırmadı, həm də dövlətimizin qurulduğu əsasları tapdaladı”, - Şvartseneqqer deyib.
Kaliforniyanın eks-qubernatoru uşaq vaxtı nasistlər tərəfindən aldadılmış sərxoş atası tərəfindən dəfələrlə döyüldüyünü xatırladıb və bildirib ki, indi Tramp tərəfdarlarını o cür aldadır:
“O (Tramp-red.), yalanın köməyi ilə insanları öz ardınca apararaq çevriliş etməyə çalışırdı. Atamı və onun qonşularını da yalanla doğru olmayan yolla aparırmışdlar və mən bu yalanın hara gətirib çıxardığını bilirəm”.
Arnold Şvartseneqqer o zaman da hər şeyin yalan və dözümsüzlüklə başladığını xatırladıb: “Mən əslən Avropadanam və hadisələrin nəzarətdən necə çıxdığını gözlərimlə görmüşəm”.
Şvartseneqqer Prezident Trampı tarixə ən pis Prezident kimi daxil olacaq uğursuz lider adlandırıb. “Yaxşı xəbər ondan ibarətdir ki, o, tezliklə köhnə tvit kimi əhəmiyyətsiz olacaq”, - Şvartseneqqer deyib.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










