Arxa oturacaqda əyləşən sərnişinlər niyə təhlükəsizlik kəməri taxmalıdır? - TÖVSİYƏ

Maraqlı 13 May 2026 12:30
Arxa oturacaqda əyləşən sərnişinlər niyə təhlükəsizlik kəməri taxmalıdır? - TÖVSİYƏ
WhatsApp kanalımıza abunə olun

Təhlükəsizlik kəməri yalnız ön oturacaqda deyil, arxa oturacaqda əyləşən sərnişinlər üçün də həyati əhəmiyyət daşıyır. 

Avtosfer.az xəbər verir ki, mütəxəssislər yol-nəqliyyat hadisələri zamanı arxa oturacaqda təhlükəsizlik kəməri taxmayan şəxslərin həm özləri, həm də digər sərnişinlər üçün ciddi təhlükə yaratdıqlarını bildirirlər.

Qəza zamanı arxa oturacaqda əyləşən və təhlükəsizlik kəməri taxmayan sərnişin böyük sürətlə önə doğru gələ bilər. Bu isə həmin şəxsin ağır xəsarət almasına, eyni zamanda ön oturacaqda əyləşən sürücü və sərnişinlərə çırpılaraq onların da zərər görməsinə səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, təhlükəsizlik kəməri qəza anında bədəni sabit saxlayır, insanın avtomobil daxilində idarəsiz şəkildə hərəkət etməsinin qarşısını alır və zərbənin təsirini əhəmiyyətli dərəcədə azaldır.

Qeyd olunur ki, bir çox sürücü və sərnişinlər arxa oturacaqda təhlükəsizlik kəmərinin vacibliyini yetərincə qiymətləndirmirlər. Halbuki statistik göstəricilər arxa oturacaqda kəmər taxılmasının ölüm və ağır xəsarət riskini ciddi şəkildə azaltdığını göstərir.

Avtomobildə hansı oturacaqda əyləşməsindən asılı olmayaraq, təhlükəsizlik kəmərinin taxılması həm şəxsi təhlükəsizlik, həm də digər hərəkət iştirakçılarının qorunması baxımından vacibdir.

Eltac Zülfüqaroğlu

Oxunub : 278
ŞƏRH YAZ
Ad

E-mail

Şərh