"Astronavtlar kosmosda daha çox baş ağrısına məruz qalır"

İnkişaf edən kosmik tibb sahəsində aparılan tədqiqatlar kosmik missiyalar zamanı mikroqravitasiya mühitinin və digər amillərin insan orqanizminə təsirini aşkar edir. Yeni bir araşdırmada astronavtların kosmik fəzada baş ağrısının əvvəllər güman edildiyindən daha çox olduğunu göstərib.
AZƏRTAC “Neurology” jurnalında dərc olunan məqaləyə istinadla xəbər verir ki, tədqiqatda Beynəlxalq Kosmik Stansiyada 26 həftəyə qədər səyahət edən ABŞ, Avropa və Yaponiya kosmik agentliklərinin 24 astronavtı iştirak edib. Onların ikisi istisna olmaqla, hamısı kosmosda baş ağrısından əziyyət çəkdiklərini bildirib.
Bəzi baş ağrıları miqrenlərə, digərləri isə gərginliklə bağlı baş ağrılarına bənzəyir və təkcə orqanizmin mikroqravitasiyaya uyğunlaşma prosesindən keçdiyi zaman kosmosda ilk bir neçə həftə ərzində deyil, həm də daha sonra da baş verir.
Araşdırmaya görə, uçuşun erkən dövründə baş verən baş ağrıları çox vaxt özünü miqren kimi göstərir, daha sonra kosmik səyahətdə yaşanan gərginliklə bağlı rahatsızlıqlar da meydana çıxır.
Alimlər bildirirlər ki, ilk həftədə orqanizm kosmosa uyğunlaşma sindromu kimi tanınan cazibə qüvvəsinin çatışmazlığına uyğunlaşmalıdır. Bu fenomen dayaq-hərəkət orqanlarının xəstəliyinə bənzəyir, habelə ürəkbulanması, qusma, başgicəllənmə və baş ağrılarına səbəb ola bilər. Sonrakı baş ağrıları kəllədaxili təzyiqin artması ilə nəticələnə bilər. Mikroqravitasiya səbəbindən bədənin və başın yuxarı hissəsində daha çox maye toplanır və nəticədə kəllə nahiyəsində təzyiq yüksəlir.
Astronavtlar - orta yaş həddi təxminən 47 olan 23 kişi və bir qadın - Beynəlxalq Kosmik Stansiyada 2011-ci ilin noyabrından 2018-ci ilin iyun ayına qədər həyata keçirilən missiyalarda olublar və bu müddət ərzində 24 astronavtdan 22-si tərəfindən ümumilikdə 378 baş ağrısı şikayəti alınıb. Amma 24 nəfərdən heç biri Yerə qayıtdıqdan sonra üç ay ərzində baş ağrısından şikayət etməyib.
Kosmik səyahətin müxtəlif sənədləşdirilmiş təsirlərinə sümük və əzələ atrofiyası, beyində, ürək-damar və immunitet sistemində dəyişikliklər, daxili qulaqda balansın pozulması ilə bağlı problemlər və gözləri əhatə edən sindrom daxildir. Kosmosda daha çox radiasiyaya məruz qalma nəticəsində yaranan xərçəng riski başqa bir narahatlıq mənbəyidir.
Mütəxəssislər qeyd edirlər ki, bu təsirlər insanların uzun müddət ərzində kosmosda qalmasına, məsələn, qonşu planetimiz Marsa və ya ondan kənara səyahət etməsinə mane ola bilər. Onların fikrincə, uzunmüddətli kosmik səyahətin insan orqanizminə təsiri hələ tam məlum deyil, bunun üçün illər tələb olunacaq. Belə ki, artıq mikroqravitasiyaya məruz qalanların orqanizminə bəzi təsirlər özünü göstərir və bu vəziyyətdən yeganə çıxış yolu astronavtlar üçün yeni dərman preparatlarının kəşfidir.
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA









