Reklam

At arabasından elektrikli avtobusa: İnkişaf tarixi – ARAŞDIRMA - FOTO

Maraqlı 5 Aprel 2024 15:00 Oxunub 444
At arabasından elektrikli avtobusa: İnkişaf tarixi – ARAŞDIRMA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son iki əsrdə yeniliklər avtobusların mexanizmlərini və görünüşünü tamamilə dəyişdirdib. Bununla belə, onların məqsədi dəyişməz qalıb: avtobuslar təhlükəsiz, səmərəli və rahat qrup nəqliyyat vasitələri olaraq qalırlar.

Avtosfer.az ictimai nəqliyyatda əsas rola malik olan avtobusların tarixini araşdırıb.

Avtobuslar illər ərzində cəmiyyətin ehtiyacları əsasında inkişaf edib. Onların erkən tarixində iqtisadi səbəblər hökm sürürdü. Belə ki, vahid mexanizmi təkrarlamaq və avtobus biznesini idarə etmək o qədər bahalı və mürəkkəb idi ki, daha qənaətcil sistemin yaradılması əsas prioritet idi.

1660-cı illərin pioner ictimai avtobusu

İlk ictimai “avtobus” xətti 1662-ci ildə Fransada Blez Paskal Paris küçələri ilə cədvəl üzrə hərəkət edən at arabaları sistemi vasitəsilə istifadəyə verilib. Bununla belə, təşəbbüs uğursuzluqla nəticələnib. Belə ki, bu ilk avtobuslar yalnız zadəganlar üçün əlçatan idi və onların yeniliyə olan marağı real ehtiyacla dəstəklənmirdi. Bu təşəbbüs on il ərzində istifadədə olsa da uğursuz sonla başa çatdı.

İctimai nəqliyyat ideyası 150 il sonra geri döndü

1826-cı ildə “anadan olan” omnibus onu çəkmək üçün lazım olan üç atla birlikdə 42 sərnişini daşıya bilirdi. Fransa yeniliyi sınaqdan keçirən ilk ölkə oldu. Bu dəfə həm adi vətəndaşlar, həm də zadəganlar bu nəqliyyat növündən istifadə edə bilirdi. 1828-ci ildə Nyu-York şəhəri də ABŞ-ın bir çox digər şəhərləri ilə birlikdə ilk omnibus xəttini çəkdi.

Omnibusda gəzinti çətin idi. Yolların əsasən daşlarla döşənməsi və oturacaqların olmaması uzun səfərlər üçün çox narahatlıq yaradırdı. Bilet qiymətləri də kifayət qədər baha idi.

Qeyd edək ki, “avtobus” termini “omnibus” sözünün qısa formasıdır. Termin mənşəyinin iki nəzəriyyəsindən biri latınca “çoxları üçün” və ya “hamısı” sözü ilə əlaqələndirilir.

19-cu əsrin dəmir yolu əsaslı at arabası

Omnibusun ilk əhəmiyyətli təkmilləşdirilməsi mövcud marşrutlar üzərində relslərin çəkilməsi ilə əldə edilib. Artıq atlı arabalar daha hamar bir gediş təklif edirdi. Daha az sürtünmə səbəbindən atların çəkməsi də asanlaşmışdı. Buna görə də hər avtobus indi üç dəfə çox sərnişin daşıya bilirdi. 1880-ci illərdə ABŞ şəhərlərində at arabaları üçün 30.000 mildən çox dəmir yolu döşənmişdi. Lakin bu problemləri tam həll edə bilmirdi. Çünki atlar enerji mənbəyi kimi dayanıqlı deyildi. Onlar cəmi iki saat işləyə bilirdilər, buna görə də hər bir avtobus gündə on heyvan tələb edirdi. Yemin qiyməti və heyvanların müalicəsi ilə bağlı ictimai narahatlıqlar gələcək yeniliklərə ilham verdi.

Andrew Smith Hallidie 1873-cü ildə San-Fransiskoda ilk kanat avtomobilini yaratdı. Hallidie sistemində artıq heyvanlar əvəzinə, mövcud relslər arasında hərəkət edən kabeldən istifadə edərək və hər bir avtomobili alt sıxacla bərkidərək işləyirdilər.

Bununla belə, sistem təhlükəli idi. Çünki kabellər təhlükəli qəzalara səbəb olan qopması ilə məşhur idi. Bu səbəbdən kanat yolları istifadəyə verildikdən qısa müddət sonra geniş istifadədən çıxarıldı.

Trolleybus və tramvaylar: 1880-ci illərdən 20-ci əsrə qədər

1800-cü illərin sonlarında tramvay və trolleybuslar nəhayət at arabalarını əvəz edərək heyvanlarla işləyən omnibuslar dövrünü bağladı. Trolleybuslar daha ucuz qiymətə daha uzun məsafələrə daha çox sərnişin daşıya bilməklə yanaşı, mövcud relslərdən istifadə edirdilər.

Trolleybuslar ABŞ-ın dövrünün ən inqilabi və təsirli ixtiralarından biri idi. Tramvaylar gündəlik gediş-gəlişi əlçatan və rahat etdi, böyük şəhərlərin şəhərətrafılaşmasına səbəb oldu. Bir vaxtlar kiçik, sıx dolu şəhər mərkəzləri nəhayət, indi bildiyimiz metropolisləri formalaşdıraraq xaricə yayılmağa başladı.

Trolleybus xətləri olduqca uzun müddət xidmət göstərdi, yalnız 1940-cı illərdə texnologiyanın heç bir “günahı” olmadan dəyişdirildi. Bəzi tramvay xətləri hələ də Sietl, Boston və Filadelfiyada, eləcə də bir çox Avropa ölkələrində fəaliyyət göstərir.

Müasir avtobuslar: 1950-ci illərdən bu günə qədər

Karl Benz ilk motorlu avtobusu 1895-ci ildə hazırladı. 1906-cı ildə Fransa ilk qısa motorlu avtobus xəttini açaraq bir daha ilk oldu.

Həmin ilk avtobuslar müasirlərdən çox uzaq idi və sərnişinlərə minimal rahatlıq təklif edirdi. Tranzit sisteminin əsaslı şəkildə yenilənməsi İkinci Dünya Müharibəsindən sonra yaranan çatışmazlıqlardan qaynaqlandı. Yeni relslərin çəkilməsinin baha olması və daha çevik nəqliyyat vasitəsinə ehtiyac tramvayın motorlu avtobusa çevrilməsinə səbəb oldu. Bununla da müasir avtobusun hakim dövrü başladı.

Şəxsi avtomobillər populyarlıq qazansa da, 1990-cı və 2000-ci illərdə yanacaq xərclərinin pik həddə çatması bütün dünyada avtobusların sayının artmasına səbəb oldu. Böyük şəhərlərdə şəxsi avtomobillər daha az seçim idi. Buna səbəb dayanacaqların olmaması, tıxaclar və ictimai nəqliyyatın inkişafı idi. 

21-ci əsrin elektrik avtobusları

Bu gün avtobuslar dünyada ən çox istifadə edilən nəqliyyat sistemidir. 2010-cu illərə qədər avtobus istehsalı bütün dünyada istifadə edilən eyni dizaynlarla böyük ölçüdə qloballaşdı.

Ətraf mühit vacib bir məsələyə çevrildiyinə görə, hibrid və tam elektrik avtobuslar bir çox şəhərlərdə istifadə edilir.

Avropanın bir çox ölkəsi öz avtobuslarını tamamilə elektriklə əvəz etməyi planlaşdırır. Bu baxımdan Azərbaycanda da addımlar atılır. Ötən günlərdə paytaxtda ilk elektriklə işləyən avtobus xəttə buraxılıb. Ətraf mühitin qorunması vacibləşdiyi bir dövrdə bu kimi addımlar vacibdir.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh