Aviaşirkətlər hər sənişindən 6,14 dollar qazanır

Maraqlı 4 İyun 2024 16:22 Oxunub 180
Aviaşirkətlər hər sənişindən 6,14 dollar qazanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünya koronavirus pandemiyasının fəsadlarından qurtulub yeni inkişaf mərhələsinə daxil olur. Bir çox sahədə artıq 2019-cu ildəki nəticələr üstələnib. Aviasiya sektorunda da son 2 ildir ciddi canlanma müşahidə olunur. İndi aviadaşıyıcıların başlıca məqsədi pandemiyadan əvvəlki nəticələri üstələməkdir. Lakin problemlər tam aradan qalxmayıb.  
 
Avtosfer.az xəbər verir ki, 2019-cu ildə təyyarə ilə qlobal miqyasda 4,5 milyarddan çox sərnişin daşınmışdı. Bu, aviasiya tarixində rekord rəqəm idi. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bu il sözügedən göstəricini ötüb keçmək istəyir. Əgər yanvarda Assosiasiya il ərzində 4,7 milyard sərnişin daşınmasını planlaşdırmışdısa, indi proqnoz 5 milyard nəfərə çatdırılıb. Qurumun Dubayda keçirilən illik iclasında da əsasən müsbət yönümlü fikirlər söylənilib.  
Aviadaşıyıcılar bu il üçün xalis mənfəət proqnozunu da 25 milyard dollardan 30,7 milyard dollara qaldırıblar. Lakin əvvəlki illərin maddi ziyanı şirkətlər üçün hələ də ciddi yükdür. Koronavirus böhranına görə 2020-2022-ci illər üzrə aviaşirkətlərin itkisi 183 milyard dolları ötüb. 
Assosiasiyanın rəhbərinin qeyd etdiyi kimi əsas problem xalis mənfəətin azlığıdır. 1 trilyon dollar dövriyyə gözlənildiyi halda bunun mənfəət marjası 3%-i keçmir. Başqa sözlə, təşkilata üzv olan 320 aviaşirkətin hər sərnişindən xalis mənfəəti 6,14 dollardır.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh