Avropada güclü qar hava nəqliyyatında problemlər yaradıb: Bakıdan uçan təyyarələrə TƏSİRİ VARMI?

Avropanın bir sıra ölkələrində müşahidə olunan güclü qar yağması hava nəqliyyatının işində çətinliklərə səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bir çox hava limanlarında uçuşların tamamilə ləğv edildiyi və ya vaxtının dəyişdirildiyi bildirilib.
Ən çətin vəziyyətin Britaniya, Niderland və Fransa kimi ölkələrdə qeydə alındığı vurğulanıb.
Avropada hava şəraitinin kəskin dəyişməsi Azərbaycandan həyata keçirilən uçuşlara nə dərəcədə təsir edib?
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinin rəhbəri Nərmin Xəlilova bildirib ki, hazırda Bakıdan Avropa istiqamətləri üzrə, eləcə də geri istiqamətdə həyata keçirilən uçuşlarda gecikmə və ya ləğvetmə qeydə alınmayıb.
"Uçuşlar ştat rejimində icra olunur. Sərnişinlərə tövsiyə olunur ki, uçuşdan öncə aviaşirkətləri ilə əlaqə saxlasınlar və ya rəsmi kanallar vasitəsilə uçuş statusunu yoxlasınlar", - deyə N.Xəlilova vurğulayıb.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən də həyata keçirilən uçuşlarda hər hansı gecikmənin qeydə alınmadığı vurğulanıb.
"İndiki halda Avropadakı hava şəraiti AZAL-ın uçuş qrafikinə heç bir təsir göstərməyib", - deyə açıqlamada bildirilib.
Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil peyda oldu - VİDEO
BYD-sini evdə saxlayır, altına xalça da sərib - VİDEO
Günəş fırtınası Yer kürəsini məhv edə bilərmi?
Arıqlama dərmanları təyyarələrin yanacaq sərfiyyatını azaldır - FOTO
Bəzi sürücülər niyə klassik avtomobillərdən istifadəyə maraqlıdır? - ARAŞDIRMA
Dünyada ən çox tıxac bu şəhərdədir
Ərəblərin hündür bina yarışı: 1007 metr hündürlük, 140 kilometr radius - FOTO
Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator - FOTO
Bakıda 93 minə “Kia” satılır – FOTOLAR
ADY ilə ən çox səfər edən sərnişin - VİDEO
Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA











