Avstriyada gülməli soyğunçuluq: "Bağışlayın, bir saat tez gəlməli idiniz" - VİDEO

Avstriyada mağazadan oğurluq etmək istəyən şəxs silahı kassirə doğru yönəldib və pul tələb edib.
Lakin qadın sakit tərzdə soyğunçuya onun çox gec gəldiyini deyib. Kassir qadın bildirib ki, avtomat kassa bir saat əvvəl bağlanıb və onu açmaq fiziki cəhətdən mümkün deyil.
Bunu mağaza müdiri də təsdiqləyib. “Bağışlayın, bir saat tez gəlməli idiniz. Çox təəssüf edirəm”, - deyə müdir qeyd edib.
Cinayətkar mübahisə etməyib, sakitcə silahı yerə qoyub və çıxıb gedib.
Bir müddət sonra o yenə də qayıdıb. “Dəqiq kassanı heç cür açmaq mümkün deyil?”, - deyə oğru bir daha nəzakətlə soruşub. O, yenə eyni cavabı alıb, kədərlənib və gedib (bu dəfə birdəfəlik).
Hazırda uğursuz soyğunçu polis tərəfindən axtarılır.
Ertəsi gün naməlum şəxs həmin rayondakı yanacaqdoldurma məntəqəsini qarət edib. Onun eyni “bəxtsiz” maskalı cinayətkar olduğu ehtimal edilir. (oxu.az)
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










