Avtobus sürücüsünün rəqsi gündəm oldu – “Baku Bus”dan RƏSMİ AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində rəsmi iş geyimində olan avtobus sürücülərindən birinin rəqs etdiyini əks etdirən görüntülər yayılıb. Sürücünün pozitiv rəqsi bəzi izləyicilər tərəfindən xoş qarşılanıb, digərləri isə bunu iş prosesi zamanı yolverilməz hesab edərək tənqid ediblər. Görüntülərdə sürücünün bir operator tərəfindən çəkildiyi də açıq şəkildə görünür. Eyni zamanda, onun “Baku Bus” MMC-yə məxsus sürücülər üçün nəzərdə tutulmuş rəsmi forma geyindiyi diqqət çəkib.
Məsələ ilə bağlı Manset.az “Baku Bus” MMC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, həmin şəxs “Baku Bus” MMC-nin sürücüsü deyil:
“Hazırda biz də məsələ ilə bağlı araşdırma aparırıq. Videodakı şəxs “Baku Bus”-ın sürücüsü deyil. Göründüyü kimi, orada çəkiliş gedir. Ola bilər ki, bu, film və ya hansısa reklam çəkilişidir”.
Sözügedən videonu təqdim edirik:
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
Nefti ABŞ-dən əvvəl Azərbaycan bu üsulla çıxarıb – Ekspert faktları AÇIQLADI - FOTO
Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA
Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ
Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ










