Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 2024-cü ilin…

Ölkədə son bir il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım baş verib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü ilin səkkiz ayında bir ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 28 min 723 dollar olub ki, bu da son bir ildə 5 min 656 dollar və ya 24.5% bahalaşma deməkdir.
Cari ilin yanvar-avqust aylarında Azərbaycana 387 milyon 875 min dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil idxal olunub.
2023-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 165 milyon 511 min dollar və ya 74.4%, miqdar ifadəsi ilə 3 864 ədəd və ya 40.1% artıb.
2023-cü ilin yanvar-avqust aylarında isə bir ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 23 min 67 dollar (39 min 214 manat) olub.
Məsələyə nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında belə münasibət bildirib:
"Əslində, hibrid avtomobillərində bahalaşma olmayıb. Bilirsiniz ki, ötən il ərzində yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılıb.
Bu qaydadan sonra ölkəyə istehsal ili daha yeni olan maşınlar idxal olunmağa başlayıb. Yeni maşınların qiymətləri də köhnələrə nisbətən daha bahadır".
(demokrat.az)
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA








