Avtomobilin pulunu qəpiklə ödədi - VİDEO

Çində avtomobil almaq sevdasına düşən bir sakin, işçiləri saatlarla məşğul edib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki,
Ödənişdə heç bir qüsur olmasa da, avtomobilləri almağa qəpiklə gələn sakin, şirkət əməkdaşlarının həyatına necə deyərlər zəhər qatıb. Söhbət nə az, nə çox 28 min dollarlıq qəpiklərdən gedir.
İllərdir avtomobil almağın xəyalını quran çinli, bunun üçün sözün əsl mənasında qəpiyi qəpiyin üstünə qoyaraq pul toplayıb. Qəpiklə dolu olan 200 çemodanı satış mərkəzinə gətirən müştəri, həmin qəpiklərin müqabilində iki avtomobil alıb. Romantik çinli maşınladan birini həyat yoldaşına hədiyyə edib, ancaq bu ərəfədə şirkətin əməkdaşları heç də romantik an yaşamayıb. Qəpikləri saymaq üçün zala 30-dan çox işçi toplaşıb.
Avtomobil almağa qəpiklə gələn çinli deyir ki, əslində işçilərə belə məşəqqət vermək istəməyib. Həmin qəpikləri kağız pulla dəyişmək üçün banklara müraciət etsə də, rədd cavabı alıb. Müştərini əldən qaçırmaq istəməyən şirkət isə avtomobilləri yüz minlərlə qəpiyə satmağa qərar verib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












