Avtomobilləri köhnə olanlar - SİZƏ PUL VERİLƏCƏK - VİDEO

Azərbaycana bu avtomobillərin gətirilməsi məhdudlaşdırılacaq.
Azərbaycanda köhnə avtomobil parkının yenilənməsi hədəflənib. Bu məqsədlə ölkəyə ili köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Proses növbəti 4 il ərzində həyata keçiriləcək. Müəyyən maliyyə güzəştləri də nəzərdə tutulur. Bu, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planında əksini tapıb. Aidiyyəti qurumlar 4 il ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqinə və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.
Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində avtomobillərin elektrik enerjisi ilə doldurulması üçün müvafiq məntəqələrin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi, həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığı təmin olunmalıdır.
Hazırda Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobilləri ölkə üzrə ümumi avtomobil parkının 4,7 %-ni təşkil edir.
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar










