Azərbaycan səmasında görünən UÇAN OBYEKT NƏDİR? - AÇIQLAMA

Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə gün ərzində “Baku.ws”in “qaynar xətti”nə müxtəlif videogörüntülər göndərilib. Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkət edən obyekt bir saat müddətində müşahidə olunub.
Bəs səmada müşahidə edilən naməlum obyekt nədir?
Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov ilə əlaqə saxladıq. Professor bildirib ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.
“İlk öncə qeyd edim ki, bu astronomiya ilə bağı hadisə deyil. Yerdə baş verən proseslərdən dolayı yaranan görüntülərdir. Gözlə görünürsə, bu kosmik peyklər də ola bilər. İlon Maskın şirkəti orbitə peyk buraxıb. Onlar birgə uursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur”, - deyə ekspert bildirib.
Nəriman İsmayılov deyir ki, insanların görüntüyə müxtəlif ad verməsi isə tamamən cəfəngiyyatdır:
“Naməlum uçan obyektə həyatımız boyu rast gəlinməyib. Bütün bunların hamısı uydurma şeylərdir. İnsanları yalandan aldadırlar. Şəkil çəkirlər. Boşqab şəkli çəkirlər. Lakin elmi araşdırmalarda, real bir foto belə yoxdur”.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










