Azərbaycanda fotoqraf buna görə 3 gün mağarada qaldı - VİDEO

Zəngəzur Milli Parkında Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən saqqallı kərkəsin (quzugötürən) nadir görüntüləri qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, sıldırım qayalıq ərazilərdə yaşayan bu canlını fotoqraf Saleh Baxşıyev videolentə alıb. O, saqqallı kərkəsin videosunu çəkə bilmək üçün üç gün Zəngəzur Milli Parkındakı mağarada gecələdiyini bildirib.
Qeyd edək ki, uzunluğu 95-125 santimetr arasında dəyişən quşun qanadları açılan zaman 3 metrə qədər çata bilir. Çəkisi isə 4,5-7,5 kiloqram arasında dəyişir. Sıldırım qayalarda yuva qurur, yumurtlama dövrü qışın əvvəlində olur. Özünəməxsusluğuna görə Azərbaycanın ən qiymətli yırtıcı quşlarından biri sayılır, ovlanması qadağandır. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli parklarında nəzarət altında saxlanılır.
Sözügedən görüntüləri təqdim edirik:
Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil peyda oldu - VİDEO
BYD-sini evdə saxlayır, altına xalça da sərib - VİDEO
Günəş fırtınası Yer kürəsini məhv edə bilərmi?
Arıqlama dərmanları təyyarələrin yanacaq sərfiyyatını azaldır - FOTO
Bəzi sürücülər niyə klassik avtomobillərdən istifadəyə maraqlıdır? - ARAŞDIRMA
Dünyada ən çox tıxac bu şəhərdədir
Ərəblərin hündür bina yarışı: 1007 metr hündürlük, 140 kilometr radius - FOTO
Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator - FOTO
Bakıda 93 minə “Kia” satılır – FOTOLAR
ADY ilə ən çox səfər edən sərnişin - VİDEO
Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA











