Azərbaycanda gənc balıqçı yüz mindən çox sazanı gölə buraxdı - VİDEO

Azərbaycanda rayonlardan birində balıqçı gənc bəsləyib böyütdüyü yüz mindən çox sazan balığını gölə buraxıb. Bu addımı ilə o, yalnız balıq ehtiyatlarının artırılmasına dəstək olmaqla kifayətlənməyib, həm də digər balıqçılara kömək etməyi və onların ova çıxmasını asanlaşdırmağı məqsəd edib.
Avtosfer.az xəbər verir ki, balıqçı sosial şəbəkədə paylaşdığı videoda bildirib ki, belə addımlar göllərdə balıq ehtiyatlarının qorunmasına və artmasına mühüm töhfə verəcək. O, həmçinin digər balıqçılara da bu cür təşəbbüslər göstərməyi tövsiyə edib. Məqsəd yalnız bir gölü zənginləşdirmək deyil, ölkədəki digər su hövzələrində də balıqçılığın inkişafına dəstək verməkdir.
Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən təqdir olunub və çoxsaylı bəyənmə və müsbət şərhlər alıb. Digər balıqçılar da öz növbələrində bu təşəbbüsə qoşularaq göllərə balıq buraxacaqlarını bildiriblər.
Mövzu ilə bağll ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamasında təəssüflə bildirib ki, Xəzər dənizində artıq nərə-kümlərə rast gələ bilmirik, çünki onların köçü kəsilib:

“Eyni zamanda, Xəzərdə və çaylarımızdakı bir çox balıq növləri də azalıb. Bu həm iqlim dəyişiklikləri və havanın hərarətinin yüksəlməsi ilə bağlıdır, həm də tikilmiş barajlarla əlaqədardır. Eyni zamanda, nərəkimilərin müxtəlif partlayıcı maddələr, kimyəvi maddələr və elektrik cərəyanı vasitəsilə tutulması nəticəsində də populyasiyaları xeyli azalıb. Eyni proses göllərimizdə də baş verib. Son illər hökumət bu vəziyyəti nəzərə alaraq balıq yetişdirmə və fabriklərin inkişafı üzrə tədbirlər həyata keçirir. Eyni zamanda könüllü balıqçılar da hobbi olaraq balıq tutub onları qoruyur.
Bəzi insanlar müəyyən yerlərdə balıq yetişdirir və ya özlərinə aid göllərdə balıq yetişdirərək onları dənizə və ya uyğun çaylara buraxırlarsa, bu təşviq olunmalı və təqdir edilməlidir. Bunun üçün isə yenə də Nazirlər Kabineti müəyyən addımlar atmalı, ekoloji məsələlərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihələr həyata keçirməlidir. Belə insanlar əgər iş adamıdırsa müəyyən vergidən azad edilməli, könüllü vətəndaşdırsa mükafatlandırılmalı, bu davranış mədəniyyətə çevrilməlidir”.
Eltac Zülfüqaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










