Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək - VİDEO
Azərbaycanda ilk dəfə keçirlən Zəfər Tibb Simpoziumu tibb tariximiz üçün maraqlı və əhəmiyyətli hadisədir.
Simpozium Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşkilatçılığı və xüsusi dəstəyi ilə keçiriləcək.
Zəfər Tibb Simpoziumunda Almaniya modeli nümunəsində müasir serebrovaskulyar mərkəzin təşkilinin əhəmiyyəti, insult mərkəzlərinin təşkili və radiologiya sahəsindəki ən müasir təcrübələrdən söhbət açılacaq. Tədbirdə Almaniyadan gələn qonaqların müəllifi olduğu ən son elmi yeniliklər iştirakçıların və ictimaiyyətin diqqətinə çatdırılacaq.
Simpoziumda Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, Köln Universitetinin tibb elmləri doktoru, Köln Universitet Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri və İnstitutun işemik insult araşdırmaları mərkəzinin rəhbəri Nuran Abdullayev insult xəstələrinin müalicəsi ilə bağlı uğurla icra etdiyi ən son yeniliklərdən danışacaq.
Bohum Universitet Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Volker Mausun əməliyyat texnikasında etdiyi son yeniliklər və Münhen Klinikasının Radiologiya va Neyroradiologiya Institutunun direktoru, professor Anastasios Mpotsarisin beyin anevrizmalarının damardaxili müalicəsində etdiyi ən son yeniliklər barədə məlumat veriləcək.
Simpozium oktyabrın 28-dən noyabrın 1-dək Bakı, Gəncə və Göygöl şəhərlərində keçiriləcək.
Bu simpozium Prezident İlham Əliyevin “Bizim ən böyük resursumuz insanların savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”, “Bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir” kimi fikirlərinin təsdiqidir.
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA










