Azərbaycanda kasıbların ən çox yaşadığı RAYONLAR - STATİSTİKA

Azərbaycanda bəzi rayonlar üzrə ünvanlı dövlət yardımı alanların əhali sayına nisbəti olduqca yüksəkdir. Ünvanlı yardım alanların xüsusi çəkisinin yüksək olması ondan xəbər verir ki, həmin rayonlarda aztəminatlı ailələrin sayı daha çoxdur.
Avtosfer.az xəbər verir ki, əhali sayı ilə müqayisədə daha çox aztəminatlı insan Yardımlı rayonunda yaşayır. Yardımlının 70 min əhalisi var və onların 9 483 nəfəri, yəni 13,5 faizi aztəminatlıdır.
Ümumilikdə, regionlar arasında ən çox aztəminatlı cənub bölgəsindədir. Burada 41 min nəfərə yaxın aztəminatlı var. Ölkə üzrə aztəminatlıların 17 faizindən çoxu cənubda yaşayır.
Cənub regionunda mütləq mənada daha çox aztəminatlı Lənkəran rayonunda (12,68 min və ya rayon əhalisinin 5,5 faizi) və Masallı rayonunda (10 min və ya rayon əhalisinin 4,3 faizi) yaşayır.
Aztəminatlıların sayı çox və xüsusi çəkisi yüksək olan inzibati ərazi vahidləri arasında Tovuz rayonu da var. Burada 12,74 min aztəminatlı yaşayır və onlar rayon əhalisinin 7,05 faizini təşkil edir.
Mingəçevir şəhərində isə əhalinin 6 faizi (6,37 min) aztəminatlıdır.
Ən az aztəminatlı Naxçıvan Muxtar Respublikasındadır. Bu regionda əhalinin təxminən 0,5 faizi aztəminatlıdır.
Böyük şəhərlərdən Bakıda əhalinin 0,95 faizi, Sumqayıtda əhalinin 2,8 faizi, Gəncədə əhalinin 2 faizi aztəminatlı vəziyyətdədir.
Son məlumata görə bir nəfərə düşən ünvanlı yardımın məbləği orta hesabla 85 manatdır.
Redaktor.az
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar








