Azərbaycanda yeni xidmət – heç kim yalan danışa bilməyəcək

Azərbaycanda ilk dəfə "Personalın poliqrafda (yalan detektorunda) yoxlanması" mövzusunda peşəkar xidmət fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, GRBS Beynəlxalq Tədris Mərkəzi tərəfindən göstəriləcək xidmət yalnız biznes sahəsi üçün açıq olacaq. Yeni xidmətin təqdimat mərasimində xidmət haqqında məlumat verən GRBS Beynəlxalq Tədris Mərkəzinin rəhbəri Bəhram Qurbanov bildirib ki, hər hansı bir şirkət yeni əməkdaş işə götürərkən və ya mövcud işçilərini yalan detektorunda testdən keçirərək onların psixoloji vəziyyətini, ixtisasa uyğunluğunu, düzgünlüyünü, məsuliyyətliliyini, spirtli içkilərə, narkotik vasitələrə meyilliliyini, şəxsi keyfiyyətlərini, işə zərər verə biləcək pis vərdişlərini, o cümlədən cinayət işinin olub-olmaması, mənfi keyfiyyətlərini və s. xüsusiyyətlərini müəyyən edə, onun işə qəbul edilən vəzifə üçün nə dərəcədə yararlı olub-olmadığını aydınlaşdıra bilər.
B.Qurbanov deyib ki, xidmət, eyni zamanda biznes məqsədləri üzrə fərdi şəxslər üçün açıq olacaq: "Hər hansı bir ailə öz övladına dayə və ya ailə sürücüsü işə götürərkən yalan detektorları vasitəsilə onları testdən keçirə və həmin iş üçün yararlılığını müəyyən edə bilər".
Onun sözlərinə görə, biznes və kadr təhlükəsizliyini təmin etmək baxımından bu metodun səmərəliliyi böyükdür: "Personalın poliqrafda yoxlanması Rusiyadan və ABŞ-dan gətirilmiş müasir poliqraflar vasitəsilə həyata keçiriləcək".
Tədbir zamanı həmçinin qeyd olunub ki, poliqrafda yoxlanmanın nəticələri işçinin işə götürülməməsi və ya hər hansı bir işçinin işdən azad edilməsi üçün əsas ola bilməz. Poliqraf yoxlanmasının nəticəsi hüquqi əhəmiyyət daşımır. Bu nəticə işəgötürən üçün istiqamətləndirici xarakter daşıyır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












