Azərbaycanın ən dəyərli pulu – 1 KİLOQRAM QIZIL, 1000 MANAT - FOTO

Tarix boyu çox sayda dövlət qurmuş Azərbaycan xalqının numizmatika tarixi də kifayət qədər zəngindir ki, bu da tam təbii qarşılanmalıdır. Dövlətin simvollarından biri də pul hesab edilir.
Avtosfer.az xəbər verir ki, 2013-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Mərkəzi Bank nominalı 1000 manat olan qızıl yubiley pul nişanını tədavülə buraxdı.
Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunmuş yubiley pul nişanının üz tərəfində Heydər Əliyevin adı, portreti, imzası, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pul nişanının nominalı və buraxılış ili təsvir edilib.
Texniki parametrlərə gəlincə:
Buraxılış ili - 2013
Nominalı - 1000 manat
Metalı – Qızıl (Au 999.9)
Kütləsi - 32.3 unsiya (1005qr)
Diametri - 100 mm
Keyfiyyəti- Pruf
Buraxılış limiti - 5 ədəd
Bu, Azərbaycan tarixində ən böyük kütləyə malik (təxminən 1 kq), ən bahalı pul nişanıdır. Bu həm də metal pullar arasında ən böyük nominala (1000 manat) malik sikkədir.
Xalis qızıldan hazırlanmış pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Vüqar Yaşaroğlu
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları












