Azərbaycanlı bloger maşınının arxasına görün nə yazdı - FOTO

Sürücülərin mütəmadi olaraq pozduğu qaydalardan biri də avtomobildən bayıra zibil atmaqdır. Sükan arxasında olan zaman tütün məmulatından, içkilərdən, qida məhsullarından istifadə edən sürücülər tullantıları maşında saxlamaq əvəzinə bir çox hallarda bayıra ataraq küçələri zibilləyirlər.
Avtosfer.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan videobloger avtomobilin arxa şüşəsinə bunu yazıb: “Mən anamı bircə anlıq süpürgəçi xanımların yerinə təsəvvür edəndən sonra, başladım yerə zibil atmamağa”.
Fotonu videobloger Pərvin Cəfərzadə paylaşıb. O, Avtosfer.az-a müsahibəsində bildirib ki, əsas məqsədi sürücülərin küçələri təmiz saxlamasına çağırış etməkdir. “Özüm də tez-tez bu cür hallarla qarşılaşıram. Dəfələrlə bu cür sürücülərlə söhbətlər aparamışam. Amma görünür ki, bəziləri üçün bu keçərli olmayıb. Odur ki, analoji addımı atmağa məcbur oldum. Çünki küçələri təmizləyən həmin yaşlı xanımları görəndə onlara iki qat əziyyət verən sürücüləri qınayıram. Ümid edirəm ki, bu mesajdan sonra sürücülərimiz bu cür hərəkətlərdən çəkinəcək.
Qeyd edək ki, Pərvin Cəfərzadə sosail şəbəkələrdə müxtəlif məsələlərə yumoristik yanaşamaqla tənqidi videolar çəkərək paylaşır.

Təbriz
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA










