Azərbaycanlı milyarderin yeni lüks yaxtası - VİDEO

Hollandiyanın “Heesen Yachts” tərsanəsi indiyədək bu ölkədə yığlılmış ən iri yaxta olan 70 metrlik “Galactica Super Nova”nı suya buraxıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, yaxta sınaqdan keçirilir və sınaq işləri başa çatandan sonra sifarişçiyə təhvil veriləcək. Sifarişçinin kimliyi açıqlanmır, ancaq məlumatlara görə onu sifariş verən azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovdur. Yaxtada üçüncü mühərrik quraşdırılıb və bunun sayəsində sürəti saatda 30 dəniz uzelinə qədər artıb.
“Super Nova “nın xarici görkəmini məşhur yaxta dizayneri Espen Oeyno dizayn edib. Yaxtanın 6 kayutu var, həmin kayutlarda 12 VİP-qonaq yerləşə bilər. Sifarişçinin istəyinə əsasən yaxta bütün rahatlıqları ilə birlikdə təhvil veriləcək, kayutları qab-qacaqdan tutmuş mebelə qədər hər şeylə təchiz olunacaq. Yaxtanın göyərtəsində su tutumu 13500 litr olan hovuz da var.
Yaxta Şimal dənizində sınaqdan keçirilir. Bundan sonra yaxta ilk səfərə çıxacaq, Niderlanddan Monteneqroya üzəcək. Monakoda keçiriləcək yaxta şousunda ilk dəfə geniş publikaya təqdim olunacaq. Yaxtanın neçəyə başa gəldiyi məlum deyil.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?













