Azərbaycanlı uşaqların cavabı məşhur yutuberi heyran etdi - VİDEO

Türkiyədən Monqolustana piyada səyahət edən türkiyəli yutuber Oğuzhan Tıraşın Azərbaycandan keçərkən Tovuz və Ağstafa bölgəsində uşaqlarla səmimi söhbət etməsi maraqla qarşılanıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o həmin anın görüntüsünü “Yırtık pantolon” adlı sosial şəbəkə hesabında paylaşıb.
Görüşdə azyaşlıların yutuberə qayğı göstərməkləri diqqət cəlb edib. Belə ki, uşaqlar ondan su, yemək və pulunun olub-olmadığını soruşublar. O. Tıraş su üçün onlara pul təklif etdikdə isə uşaqlar “siz bizim qardaşımızsınız, pulsuzdur”, - deyə bildiriblər.
Bundan sonra onlar əllərində Azərbaycan bayrağı ilə “Şəhidlər ölməz, vətən bölünməz”, “Türkiyə-Azərbaycan” kimi şüarları səsləndiriblər. Tıraş uşaqların səmimi olduğunu və bu qədər kilometr yol qət etdikdən sonra eyni dildə danışa bilməyin xoşbəxtlik bəxş etdiyini deyib.
Tıraş səyahətinin 38-ci günündə Ağstafanın Eynallı və Köçəsgər kəndlərindən də videolar paylaşıb. O, yolboyu şəhid şəkillərinin qoyulmasına diqqət çəkib.
Həmin videonu təqdim edirik:
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur











