Bakı küçələrində bayrağımızı xatırladan işıqlarla bəzədilmiş “BMW” - VİDEO

Paytaxtda bayrağımızı andıran avtomobilin görüntüsü sosial şəbəkələrdə maraqla qarşılanıb.
Avtosfer.az-ın məlumatına görə, 77-LR-779 dövlət nömrə nişanlı “BMW” markalı maşının sürücüsü nəqliyyat vasitəsinin üzərinə işıq cihazları quraşdırıb. Belə ki, o, Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində hərəkət edərək insanların diqqətini cəlb edib.
Qeyd edək ki, avtomobilin bu şəkildə bəzədilməsi fərqli, xoş mənzərə yaratsa da, qanunla qadağandır və qəzaya səbəb ola bilər. Belə ki, bu görüntü digər hərəkət iştirakçılarının fikrini yayındırmaqla yanaşı avtomobildə qısaqapanma və yanğınla nəticələnə bilər.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə əsasən, avtomobilə qanunsuz işıq cihazlarının quraşdırılmasına görə 150 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları








