Banner

Bakı metrosu üçün "Stadler" qatarları alınacaq? - RƏSMİ CAVAB

Maraqlı 5 Fevral 2026 13:36
Bakı metrosu üçün "Stadler" qatarları alınacaq? - RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakı Metropoliteni"ndə vaqon parkının yenilənməsi yaxın illər üçün əsas prioritetlərdən biri kimi göstərilir.

Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu çərçivədə yeni qatarların alınması məsələsi gündəmdə olsa da, hələlik konkret istehsalçı ilə bağlı rəsmi qərar açıqlanmayıb.

Bununla belə, Avropa ölkələrində geniş istifadə olunan və müasir texnologiyaları ilə tanınan "Stadler" şirkətinin istehsalı olan qatarların Bakı metrosu üçün mümkün variantlar sırasında yer alması müzakirə mövzusudur.

Məlumatı dəqiqləşdirmək məqsədilə "Bakı Metropoliteni" QSC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirilib ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, alınması nəzərdə tutulan qatarlar tender üsulu ilə həyata keçiriləcək:

"Tenderdə müasir standartlara cavab verən texniki tələblər əsasında satınalınma prosesi icra olunacaq. Hazırda "Bakı Metropoliteni" QSC-nin texniki şərtlər toplusu hazırlanıb və əsas tələblər müəyyənləşdirilib. Eyni zamanda dünyanın bir sıra vaqon istehsalı müəssisələri ilə qarşılıqlı müzakirələr, fikir və təcrübə mübadiləsi davam etdirilir".

Oxunub 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh