Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ - VİDEO

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirusun (COVID-19) kütləvi yayılmasının qarşısının alınması məqsədilə “Bakı Metropoliteni”ndə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.
Bununla əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti və stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis əməkdaşları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər.
Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən, stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.
Polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək, onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyə edirlər.
Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin, stansiyaların girişlərində yoxlama məntəqələrində sosial məsafəni qorumağın vacibliyi xatırladılır hərarətin ölçülməsi tətbiq edilir.
Bakı metrosunda karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.
Nərminə
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO











