Bakı səmasına eyni anda min ədəd dron qalxıb - VİDEO - YENİLƏNİB

Bu gün Bakı səmasına min ədəd dron qalxıb.
Avtosfer.az xəbər verir ki, uçan aparatlar sayəsində Azərbaycanda ilk dəfə möhtəşəm şou nümayiş etdirilib.
Şou Bakı vaxtı ilə saat 21:45-də başlayıb.
Həmçinin, bulvarda dünya şöhrətli DJ Hardwell-in konserti keçirilib.
***
"2023 Formula 1" Azərbaycan Qran Prisinin ikinci günü, 29 aprel tarixində ölkəmizdə ilk dəfə irimiqyaslı dron şou nümayiş olunacaq.
Avtosfer.az xəbər verir ki, saat 21:45-də baş tutacaq şouda 1000 ədəd dron eyni vaxtda səmaya qalxaraq bənzərsiz görüntü sərgiləyəcək.
Dron performansı ilə eyni zamanda dünyaca məşhur musiqiçi, niderlandlı DJ Hardwell Dənizkənarı Bulvar səhnəsində təkrarsız ifası ilə azarkeşləri coşduracaq.
Yüksək templi canlı ifa dinamik vizual effektlərlə müşayiət olunaraq şəhər sakinlərinin və çoxsaylı xarici qonaqların zövqünü oxşayacaq.
Qeyd edək ki, Bakı yarışı çərçivəsində uzun fasilədən sonra baş tutacaq möhtəşəm konsert proqramı eyni vaxtda yarışı canlı izləyən 30 minə yaxın F1 azarkeşlərinin böyük marağına səbəb olacaq.
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ








