Bakıda maşının altına girən pişik yoxa çıxdı, sonra görün nə baş verdi - VİDEO

Bakıda baş verən maraqlı hadisənin görüntüsü anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə psixoloq Təbriz Hacınskinin başına gəlib. Belə ki, o, idarə etdiyi avtomobillə paytaxtın 28 May küçəsində hərəkətdə olarkən yolda olan pişik qəfildən onun maşınının altına girib. Bundan sonra o, dayanaraq yaxınlıqdakı insanlarla birgə həmin pişiyi axtarmağa çalışıblar. 4-5 dəqiqə axtarışdan sonra məlum olub ki, pişik avtomobilin mühərrik hissəsinə daxil olub.
Təbiətin müdafiəsiz canlısı olan pişiklər qorxduqları zaman avtomobillərin altına girərək öz həyatlarını xilas etmiş hesab edirlər. Lakin bir çox hallarda təkərin altında qalaraq ölürlər. Bundan əlavə olaraq, pişiklər soyuq aylarda dayanmış avtomobillərin altına və ya mühərrik hissəsinə daxil olaraq gecələyirlər. Sürücülərə tövsiyə edirik ki, səhər mühərriki işə salmamışdan və avtomobili hərəkətə gətirməmişdən öncə pişiklərin olub-olmamasını yoxlasınlar.
Könül
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










