Banner

Tramvayların şəhər nəqliyyatındakı rolu və üstünlükləri necə ola bilər? – ARAŞDIRMA – VİDEO

Maraqlı 24 Dekabr 2025 14:00 Oxunub 586
Tramvayların şəhər nəqliyyatındakı rolu və üstünlükləri necə ola bilər? – ARAŞDIRMA – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tramvay sisteminin şəhər nəqliyyatında üstünlükləri diqqət çəkir.

Avtosfer.az xəbər verir ki, ictimai nəqliyyatın inkişafında tramvaylar təkcə ekoloji və rahat nəqliyyat vasitəsi deyil, həm də çoxfunksiyalı həll kimi qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, tramvayların mühüm üstünlüklərindən biri də zərurət yarandıqda velosipedlərin kütləvi şəkildə daşınmasına imkan verməsidir.

Qeyd olunur ki, bu təcrübə hazırda əksər şəhərlərdə tətbiq edilmir. Videoda nümayiş olunan nümunə Almaniyanın Ştutqart şəhərinə aiddir. Burada xüsusi “velo-vaqonlar” vasitəsilə sərnişinlərlə yanaşı velosipedlərin də təhlükəsiz və rahat daşınması təmin olunur. Bu yanaşma velosiped sürənlərin ictimai nəqliyyata inteqrasiyasını asanlaşdırır və şəxsi avtomobildən istifadənin azalmasına xidmət edir.

Mütəxəssislərin fikrincə, Azərbaycanda tramvay sisteminin bərpası gündəmə gələrsə, ilkin mərhələdə bu cür xüsusi velosiped vaqonlarının tətbiqi real görünmür. Lakin əsas mesaj ondan ibarətdir ki, müasir şəhər planlaşdırılması sakinlər üçün alternativ nəqliyyat seçimlərini cəlbedici etməyə çalışmalıdır. Yəni məqsəd təkcə nəqliyyat vasitəsi təqdim etmək deyil, insanları şəxsi avtomobildən imtina edib ictimai nəqliyyat, velosiped və piyada hərəkətinə təşviq etməkdir.

Xatırladaq ki, Bakıda tramvay sistemi ötən əsrin sonlarında fəaliyyətini dayandırıb. Son illər isə paytaxtda ekoloji və dayanıqlı nəqliyyat növlərinin inkişafı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Ekspertlər hesab edirlər ki, gələcəkdə tramvay xətlərinin bərpası və onların velosiped infrastrukturu ilə uzlaşdırılması şəhərdə tıxacların azalmasına, hava keyfiyyətinin yaxşılaşmasına və ümumi yol hərəkəti təhlükəsizliyinin yüksəlməsinə töhfə verə bilər.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh