Bakıda zibil qutuları avtobus dayanacağının yanına qoyulub - VİDEO

Bakının Zabrat qəsəbəsində zibil yeşikləri avtobus dayanacağı nişanının olduğu əraziyə qoyulub. Ona görə də sərnişinlər konteynerlər olan yerdən avtobusa minirlər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Sabunçu rayonu, Zabrat qəsəbəsinin əsas yolundan gedir.
Zabrat-Maştağa şossesində dayanacaqlardan birinin düz yanına zibil yeşikləri qoyulub.
Avtobuslar üçün nəzərdə tutulan dayanacağa tullantıların atılması üçün 3 ədəd konteyner qoyulub.
Sərnişinlər eyni ərazidə dəqiqələrlə avtobus gözləyir, ictimai nəqliyyata minib- düşürlər.
Sərnişinlər yeşiklərin yerinin dəyişdirilməsini, üstəlik, burada dayanacağın quraşdırılmasını istəyirlər.
Məsələ ilə bağlı Sabunçu Rayonu İcra Hakimiyyətinin Zabrat qəsəbəsindəki nümayəndəliyinə getdik. Bildirildi ki, həmin konteynerlər dolmadan mütəmadi olaraq tullantılar daşınır. Yəni ərazidə antisanitar vəziyyətin yaranmasına imkan verilmir. Konteynerlərin niyə dayanacaq nişanı olan əraziyə qoyulmasına gəldikdə isə bildirildi ki, həmin hissədə sıx məskunlaşma olduğundan yer məhdudiyyəti var. Əvvəllər həmin yeşiklərin yeri dəyişdirilsə də, sakinlər buna ciddi etiraz edərək elə həmin hissəyə qoyulmasını istəyiblər. Nümayəndəlikdən bildirildi ki, əgər sakinlər razılığa gəlsə və özləri uyğun bir yer seçsələr, yeşiklərin yerini dəyişə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










