Bakıdakı “Nürnberq prosesi”ndə tarix təkrarlanacaqmı?

Müxtəlif hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi yanvarın 17-də başlayıb.
Cinayətlərin oxşarlığına görə bu proses tarixi “Nürnberq prosesi” ilə müqayisə edilir. Bakıda başlayan “Nürnberq prosesi”ndə əsas faktor Ermənistan dövlətinin məsuliyyətinin təsbit edilməsi olacaq.
Təbii ki, 80 il əvvəl baş verən proseslə indiki arasında fərqlər mövcuddur və olmalıdır. Ovaxtkı proses barədə çox xəbər yazılıb, kitablar çap edilib. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, məhkəmə sənədləri və istintaq materiallarındakı imza sayı 200 mini ötüb!
Məhkəmənin gedişi zamanı faşist liderlərdən Herman Qörinqin bir cümləsi beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin də faşizmin cinayətlərinə ortaqlığını aşkara çıxardı. Hörinq ilk iclaslardan birində bildirdi ki, “heç bir dövlət Reyxi nasional-sosialist ideallar uğrunda fəaliyyətinə görə vaxtında xəbərdar etmədi”.
Tanış mənzərə deyilmi? 30 ilə yaxın müddətdə beynəlxalq qurumlar Ermənistanı öz adı ilə çağırmaqdan yayındı. Bunun əksinə, status-kvonun (daha doğrusu Azərbaycan ərazilərinin işğal altında qalması) saxlanması üçün hər vəchlə çalışdıılar. Lakin, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə məsələni həll etdi. Lokal antiterror tədbirləri isə azərbaycanlılara qarşı cinayətlərdə əli olanların “Bakıda çay içməyə” gətirilməsini təmin etdi.
Görəsən Bakıda keçirilən prosesdə də, hansısa təqsirləndirilən şəxs belə bir etiraf üçün özündə cəsarət tapacaqmı?
Ümumilikdə, Bakıdakı prosesin Nürnberqdəki ilə oxşarlığı çoxdur. Hər 2 proses dünyanın diqqət mərkəzindədir, çox sayda müttəhim və zərərçəkən var. Birincidə 4 (alman, fransız, ingilis, rus), ikincidə 3 (Azərbaycan, rus, erməni) dilə tərcümə aparılır və s. Yeri gəlmişkən, bu tərcüməçilərin içində azərbaycanlı da olub.
Lakin Bakıdakı prosesdən fərqli olaraq 80 il əvvəl simvolikaya da diqqət yetirildi. Məhkəmə iclası üçün daha böyük şəhərlərin deyil, Nürnberqin seçilməsi təsadüfi deyildi. Çünki nasistlərin ilk çıxışları məhz burada başlamışdı. Həm də Hitler rəhbərlik etdiyi partiyanın illik iclaslarını məhz burada keçirirdi. İnfrastruktura baxımından da bura Leypsiq və Münxendən daha rahat idi.
Azərbaycan ədliyyəsi də bir çox məsələni nəzərə alaraq məhkəmə prosesini bakıda keçirməyə qərar verib. Lakin son hökmün simvolik olaraq Xankəndidə elan edilməsi yerinə düşərdi.
Vüqar Yaşaroğlu
Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO
Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO
Rəqqasə Fatimə Bakı metrosunda görün neylədi – VİDEO
Müasir dərmanlar insanların xəstəlikləri üçün nə qədər təsirlidir? - Həkim AÇIQLADI
Çin şirkəti avtomobildə unitaz sistemini patentləşdirib - RƏSMİ
Yaşıl Kart almaq istəyən sürücülər bu sığorta şirkətlərinə müraciət etməlidir - RƏSMİ
“Uber” robot taksilərə 10 milyard sərmayə qoyur
Sərxoş və narkoman pilotlar uçuşa buraxılırmış
YDM işçisi avtomobildəki Rusiya nömrəsini oxuya bilməyib sistemə belə yazdı - VİDEO
Bakının nəqliyyat yükü necə aradan qaldırıla bilər? – Ekspert AÇIQLADI - VİDEO
Müasir avtomobillərdə yeni trend: funksiyalar artıq aylıq ödənişlə aktivləşəcək - RƏSMİ










