Bakıdakı sürücülər rusiyalı blogeri ŞOKA SALDI - VİDEO
Maraqlı 7 May 2021 13:00 Oxunub 17302
Bakıdakı sürücülər rusiyalı blogeri ŞOKA SALDI   - VİDEO

Paytaxt sürücüləri rusiyalı bloger və "NeedForSpeed" üzrə dünya çempionu Alan Enileevi şoka salıb. Avtosfer.az xəbər verir ki, bir müddətdir ölkəmizdə qonaq olan məşhur bloger Alan Enileev Azərbaycanın gəzməli-görməli yerlərini səyahət edərək öz sosial hesablarında izləyiciləri ilə təəssuratlarını bölüşür.

Baku driving style adı ilə instagram hesabında paylaşım edən bloger bunları qeyd edib: “Bakıda sürməyi öyrənə bilsəniz, dünyanın istənilən yerində rahatlıqla hərəkət edə bilərsiniz ... Yerli sakinlər belə deyir.”

Daha sonra Enileev sözlərinə bunları da əlavə edib: “Prinsipcə, bu doğrudur - dünyanın bir çox yerinə səyahət etmək imkanım olub və deməliyəm ki, Bakı’dakı sürücülər dünyanın ən aktiv sürücülərindəndir.

Məsələn, bir zolaq daha sürətli getməyə başlasa, həmin dəqiqə oraya kəskin bir şəkildə keçid edirlər.

Əsasən, mümkün olduğunda, sizi ən gözlənilməz tərəfdən ötməyə çalışırlar, manevrlar bəzen çox təsirli və qəfil baş verir.

Küçələrdə isə siqnal səsləri demək olar ki, kəsilmir. Hətta, boşuna verilən siqnallara görə burada cərimə də tətbiq edilib.”

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh